Şou-biznes

"İlhamə Quliyevaya toxunmayın" - Lamiyyə əsəbiləşdi

23 Aprel 2017 14:34
36 Şərh     Baxış: 11 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neçə gündür çox düşünürəm ki, necə yazım, nə deyim. Çox məyus olmuşam. "Koroleva", nələr baş verir? Bu günləri yaxşı ki, görmədin. Yoxsa, dözə bilməzdin.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri aparıcı Lamiyyə Ələkbərqızı yazıb. 

O, mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı son vaxtlar yayılan xəbərlərə münasibət bildirib. Aparıcı onun mahnısını oxuyanlara səslənib:

"Bacaran, bacarmayan mahnılarını oxuyur. Heç bir zaman buna icazə verməzdin. Arxanca danışanlar danışır. Halbu ki sənin qorxundan heç bir zaman danışa bilməzdilər. Sevdiyin əşyaların başqa-başqa məkanlardadır. Heç bilmirik haralardadır. Bu sənmisən, xalqın sevimlisi, nələr baş verir? Gözünü aç, bax gör nələr var... Ruhun şad olsun, məkanın cənnət. Allah hər kəsə insaf versin. Ürəyim doludur, amma yaza bilmirəm. Çünki əllərim əsir, dodağım titrəyir, heç kimin xətrinə dəymək istəmirəm. Amma diqqətli olun, sənətkarın sənətinə toxunmayın. Bacaran, bacarmayan, mahnılara dəyməyin. Sənətkarın ruhunu incitməyin. Həyatda hər şey bumeranqdır. Bir gün siz də hiss edəcəksiniz. Allah sənə rəhmət eləsin sənətkar".

Qeyd edək ki, bir neçə gün əvvəl İ.Quliyevanın kürkünün oğulluğu Orxan Nadirov tərəfindən lombardlardan birinə qoyulub, qarşılığında pul götürüldüyü ortaya çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.