Şou-biznes

"İnstagram-da eşq elan edənlərə cavab verirəm" - Keremcem - VİDEO - FOTO

21 Aprel 2017 16:38
0 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Türk şou-maqazin" verilişinin növbəti qonağı türkiyəli müğənni-aktyor Keremcem olub.

Milli.Az xəbər verir ki, o, ilk olaraq sosial şəbəkələrdən istifadə etməsindən bəhs edib:

"Ən çox İnstagram-dan istifadə edirəm. Facebook-da rəsmi səhifəm var. Amma o qədər də mən maraqlanmıram. Tvitter-lə də o qədər aram yoxdur. Amma İnstagram-da aktivəm. Orada həm öz fotolarımızı, işlərimizi paylaşırıq, həm də dostlarımız nə edir görürük. Mənə İnstagram-dan yazanlar bilsin ki, bütün mesajlara özüm cavab verirəm. İnstagram-da mənə eşq elan edən birinə cavab verə bildiyim qədər verirəm. Çox gözəl mesajlar gəlir. Tənqid edənlər də olur".

Keremcem daha sonra bundan sonrakı sənət fəaliyyəti və seriallar haqda da danışıb:

"İnsanlar məndən niyə musiqini atdığımı soruşurlar. Başa sala bilmirəm. Serial çox vaxtımı alır. Həftədə 150 dəqiqəlik serial çəkirik. Bu bir film deməkdir. Keçən dəfə açıqlama vermişdim ki, musiqidən üzr istəyirəm. Bir fotoqraf dostum da məni lağa qoyub dedi ki, mən də fotolardan üzr istəyirəm. Musiqinin yeri başqadır. Yeni layihəm var. 1950-ci illərin musiqiləri üzərində çalışıram. Seriallara çox baxa bilmirəm. Ancaq təzə seriallara baxıram. "Kara sevda", "İçərdə" və s kimi serialları izləyirəm. Halit Ərginçi aktyor olaraq çox bəyənirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.