Şou-biznes

Elza Seyidcahandan ŞOK ETİRAF: "O uşağımdan imtina etdim"

21 Aprel 2017 15:56
15 Şərh     Baxış: 17 365

"Son zamanlar sosial, maddi problemlərə görə cütlüklər birdən çox uşaq dünyaya gətirmirlər, deyirlər saxlamaq olmur. Amma hər uşağın öz qisməti, ruzisi, alın yazısı var. Bəlkə də ana bətnində tələf olan uşaq Azərbaycanın hansısa dahi şəxsiyyətidir. Bəlkə də analar özləri də bilmədən Üzeyir Hacıbəyli, Bethoven, Eynşteyn kimi dahiləri tələf edirlər. Fikir vermisinizsə, ailədə mübahisə ilə, istənilmədən dünyaya gələn uşaqlar digərlərindən fərqlənir, qeyri-adi olurlar. İstənilməyən uşaq ağlı, ruzisi, parlaq gələcəyi ilə fərqlənir. Bəzən bütün ailənin qayğıları onların çiynində olur".

Milli.Az bildirir ki, bunu ailem.az-a açıqlamasında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Abortlara kəskin etirazını bildirən sənətçi bunu körpələrin diri-diri öldürülməsi kimi qiymətləndirir.
 
Əməkdar artist uşaqları insanlara verilən hədiyyə kimi dəyərləndirir. Bu hədiyyədən imtina etməksə cinayətdir. Müğənni abortun istisna halları olduğunu da bildirir: "Elə insan var ona 7 ildən bir uşaq qismət olur, eləsi də var ki, Söylü demiş, ildə ikisini doğur. Bir halda abort etdirmək olar - əgər xanım və ya uşağın hər hansı problemi olarsa. Ata və ya ana uşaq istəmirsə, müasir dövrdə bunun qarşısını almağın müxtəlif yolları var, qorunmaq lazımdır. Ancaq mən uşaqların qeyri-qanuni dünyaya gəlməsinin əleyhinəyəm. Uşaqlar atalı-analı dünyaya gəlməlidirlər ki, sağlam və tərbiyəli böyüsünlər".
 
E. Seyidcahan ətrafında olan insanlar arasında da daim abort əleyhinə çıxışlar etdiyini də gizlətmədi. Müğənni bətnindəki körpəni tələf etdirmək istəyən gənc bir ananı fikrindən döndərib: "İki il əvvəl parlament seçkiləri ərəfəsində Siyəzən şəhərində idim. Yeni ailə quran gənc xanım həyat yoldaşını avtomobil qəzasında itirmişdi. Qadın da hamilə imiş. Onların evinə getdim, başsağlığı verdim. Bildim ki, gəlin uşağı tələf etdirmək qərarına gəlib. Onu kənara çəkdim, başa saldım ki, uşağı tələf edərsə, Allaha ağır gedər və ona bir də heç vaxt övlad verməz. Dedim bu uşaq həyat yoldaşının yadigarıdır. O da cavab verdi ki, həyat yoldaşını çox sevir və uşaq dünyaya gəldikdən sonra ona baxaraq ərini xatırlamaq istəmir. Dedim ki, uşaq artıq sənin bətnindədir, atasızdır, əksinə, sən onun qayğısına qalmalısan. Sonradan eşitdim ki, uşağı saxlayıb və dünyaya gətirib".
 
Əməkdar artist özü də bir uşağından sağlamlığına görə imtina etdiyini gizlətmədi. Müğənni hələ də bu addımına görə təəssüfləndiyini və peşman olduğunu etiraf etdi: "Yeni ailə qurmuşdum. Oğlum 6 aylıq idi, ikinci uşaq bətnimə düşdü. Mən də hamiləliyi çox pis keçirirəm, o dünyanı görüb gəlirəm. Mən hamilə olanda 9 ay dünyadan xaric oluram, nə yerdə oluram, nə göydə. Hamilə xanımların makiyaj etdiyini, yeyib-içdiyini, danışıb-güldüyünü görəndə onlara həsəd aparıram, deyirəm siz xoşbəxtsiniz. Mənsə qan qusurdum. Belə çətinliklə iki uşağı ardıcıl dünyaya gətirə bilməzdim. Qayınanam da qorxdu ki, birdən ölərəm. Ailədə məsləhət etdik, sağlamlığım üçün o uşaqdan imtina etməli oldum. İndiyədək tələf etdirdiyim uşaq barədə düşünürəm. Hər dəfə yadıma düşəndə ürəyim ağrıyır. Deyirəm kaş o uşağı dünyaya gətirərdim, indi böyük qız idi".
 
E. Seyidcahan hər zaman çoxuşaqlı ailə olmağı arzuladığını və artıq bu arzusuna çatdığını deyir: "Hər zaman 2 oğlan, 2 qız övladı arzulamışam. İndi oğlumun arvadı qızım, qızın əri də oğlumdur. Xarici ölkələrdə birinci yerdə uşaqlar, ikinci qocalar, üçüncü heyvanlar, dördüncü qadınlar, beşinci velosiped, altıncı kişilərdir. Ona görə yox ki, kişilər pis mənada axırıncı yerdədir. Əksinə,  kişilər ən güclü məxluqlardır, onlar hər kəsi qorumaq əzmindədir. Uşaqlar bərəkət, davamiyyət, inkişaf, həyat deməkdir. Qadınlar uşaqları dünyaya gətirməlidirlər. İnsan var, övlad olmur. Bəzən onların həyatını araşdıranda məlum olur ki, ilk uşaqlarını abort etdiriblər. Abort qadın orqanizmi üçün olduqca zərərdir. Bunu bütün qadınlar bilməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Biri1 · 21 Aprel 16:00110

    Duz vurguladiz Elza xanim "Abort gunahdi"

    Cavab yaz
  • Anonim
    AA · 21 Aprel 16:16130

    Doğurdan bu müsahibeni Elza xanımnan götürübler? nese bu fikirlerle şerleri arasında yer- göy ferqi var çox gözel izah edib

    Cavab yaz
    • Anonim
      Umrao · 21 Aprel 17:1661

      Men de oxuduqca meettel qalmisham.Sanki tamam bashqa adamdir.Cox dogru ,agilli fikirler soyleyib.

      Cavab yaz
    • Anonim
      aaya · 21 Aprel 21:2101

      :)))))

      Cavab yaz
  • Anonim
    vaska · 21 Aprel 16:1935

    Her şey qutardi indi abortna qündemde qalmaq isteyir

    Cavab yaz
  • Anonim
    Sirli Melek · 21 Aprel 16:28100

    Elza xanım bu dəfə təqdirəlayiq danışıb. Allah hamıya (təbiiki arzusunda olanlara) övlad qismət eləsin.

    Cavab yaz
    • Anonim
      Efqan · 21 Aprel 17:3516

      Teqdiralayiq danişibsa özü danişmayib .

      Cavab yaz
  • Anonim
    rusiyadan · 21 Aprel 16:5463

    Vessalam indi bawdayacaq aborta aid wer yazmağa

    Cavab yaz
  • Anonim
    ):( · 21 Aprel 18:5920

    Çox dogru söyleyib

    Cavab yaz
  • Anonim
    ------ · 21 Aprel 19:2320

    Bravo Elza xanım nehayet bir faydali söz dediniz, yoxsa bu şe'r meselesi......ne ise

    Cavab yaz
  • Anonim
    Bakili · 21 Aprel 20:1200

    Elza sen daqli men bakili .Sen herden duzun sozun soyliyirsen

    Cavab yaz
  • Anonim
    sima · 21 Aprel 20:2940

    Aaaaaa agilli soz danisa bilirmis???

    Cavab yaz
  • Anonim
    Novruz baba · 22 Aprel 09:1000

    Elzadan doğru xəbər

    Cavab yaz
  • Anonim
    Ahu · 22 Aprel 14:0700

    Ehsen elza bax bele agilli fikirler yaz biz de sene hormet edek .birden aborta da ser yazarsan ha? Ozunu buraxma.

    Cavab yaz
  • Anonim
    Ahu · 22 Aprel 14:0700

    Ehsen elza bax bele agilli fikirler yaz biz de sene hormet edek .birden aborta da ser yazarsan ha? Ozunu buraxma.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.