Şou-biznes

"Gör nə günə qalmısan ki, gizlincə ərinin telefonunu yoxlayırsan" - MÜSAHİBƏ - FOTO

21 Aprel 2017 12:03
12 Şərh     Baxış: 4 782

Maşallah, o qədər gənc görünür ki, baxan deməz ki, 4 uşaq anasıdır. Həm ailəsini yola verir, həm də yaradıcılığını. Aparıcılıq etməyə də vaxt tapır. Özü də kiçik işlərə baş qoşmur, dediyi kimi böyük layihələri ilə "partladır"...

Milli.Az Elnarə Xəlilovanın yeniçağ.az-a müsahibəsini təqdim edir.

- Elnarə, Türkiyə və Hindistanda etdiyin böyük layihələrdən sonra nəsə səsin gəlmir...

- Mənimki böyük "yem"dir. Sonuncu dəfə iki il əvvəl səsim Hindistandan gəldi, ondan sonra da ən böyük layihəm Ərtoğrul oldu - oğlum. Artıq səkkiz aylıqdır. Kökəlmişdim, hazırda pəhrizdəyəm. Gözləyirəm ki, ilyarım olsun, istədiyim görüntünü alandan sonra kliplər çəkdirəcəm.

- Neçə kilosan ki?

- Hazırda 70 kilodan artığam, istəyirəm heç olmasa, 65-ə düşüm.

- Nümunəvi ana, həyat yoldaşısan...

- Çalışıram...

- Həm ailə, həm sənət - ikisini bir arada tənzimləməyi necə bacarırsan?

- Bu işi bacarmağın sirri səhərdən axşama qədər enerji sərf etmək və əmək verməkdədir. Sonda baxıb görürsən ki, Allah tərəfindən mükafatlandın.

- Ailədə daha çox kim güzəştə gedir- həyat yoldaşın, yoxsa sən?

- Lazım olanda mən, lazım olanda da Rövşən.

- Kim kimə dözür?

- Daha çox Rövşən mənə dözür.

- Yəni, belə dözülməzsən?

- Çox tələbkaram. İşdə də beləyəm, tanıyanlar bilir. Evdə də bu sarıdan özümü çox dözülməz hesab edirəm.

- Rövşəndə məhz hansı yaxşı xüsusiyyət səni özünə bağlayır?

- Onda məni özünə aşiq edən keyfiyyətlər çoxdur.

- Təriflə, təriflə...

- Olanı deyirəm. Mərddir, əxlaqlıdır, şərəfi var, dürüstdür, qoçaqdır. Bu xüsusiyyətləri heç kəsdə görmədiiym üçün məhz onu seçmişəm.

- Bəs ən sərt xüsusiyyəti hansıdır?

- Kişi xeylağıdır da, elə situasiyalar ola bilər ki, səs tonunu qaldırar. Etiraf edim ki, bu, mənə xoş gəlir, çünki arada lazımdır. Elə anlar var ki, qadın olduğum üçün emosiyaya qapılıram və düzgün qərar verə bilmirəm. Kişilər daha uzaqgörən, müdrik, həm də konkretdirlər. Mənim qərar verməyim illərlə çəkə bilər. Rövşən proqnozunda heç vaxt yanılmır. Buna görə də bəzən mən onu dinləməyəndə səs tonunu qaldırır. Mən də bunun xeyrini görürəm və sonra Allaha şükür edib, özünə minnətdarlıq edirəm. Yoxsa yenə də başım daşa dəyir, qayıdıb dizimə döyə-döyə deyirəm ki, vay, yenə də eyni səhvləri elədim.

- Bəzi kişilər yemək üstündə arvadla dalaşır. Sizdə vəziyyət necədir?

- Qətiyyən. Bir də görürsən yorğun-arğın çəkilişdən gəlirik, əlüstü birimiz salat hazırlayırıq, birimiz kartof atıb qaynadırıq. Məsələn deyirəm ha! Yəni soyutma kartof yeyər, amma mənə deməz ki, niyə dolma bükməmisən. Evli olduğumuz bu illər ərzində adam bir dəfə mənə deməyib ki, niyə yemək hazır deyil. Anlayışlı adamdır, başa düşür ki, bu tənbəllikdən deyil, işlə məşğulam.

- Bir-birinizə qarşı qısqanclıq hissləri olurmu?

- Olmur... İnsanlar bir-birinə bağlananda qarşılıqlı anlayış da olur. Məsələn, biz yaxşı bilirik ki, kim nədən inciyə bilər.

- Məsələn, nə onun xoşuna gəlmir?

-Tutaq, bilirəm ki, onun qısa ətəkdən xoşu gəlmir, mən də geyinmirəm. Yəni bir-birimizi incitmirik.

- Düzünü de, heç telefonunu qurdalamısan?

- Qətiyyən. Heç vaxt elə mədəniyyətsizlik etmərəm. Onda o qədər özümü aciz sayaram ki, ay Elnarə, gör nə günə qalmısan ki gizlin-gizlin ərinin telefonunu yoxlayırsan? Həm qürurum yol verməz, həm də uşaqlarımın atası kimi ona xüsusi hörmətim var. Sevgi zəmin yaradır ki, bir-birinin kaprizinə dözə biləsən. Yalnız çox sevdiyin insanın mənfisi-müsbəti ilə qəbul edirsən. Yalnız sevdiyin insan üstünə səs tonunu qaldıranda 10 dəqiqədən sonra unudursan. Bu da ancaq doğma adamlar arasında baş verir.

- Sosial şəbəkədə bəzən səni zövqsüzlükdə qınayırlar, reaksiyan necə olur?

- Hamını tərbiyə edə bilmirəm. Əvvəl pis olurdum, son vaxtlar alışmışam. Yazıram ki, ola bilər sizin zövqünüzcə deyiləm, amma hazırda bədən ödçülərim yalnız bunları geyinməyə imkan verir. Xoşunuza gəlsə də budur, gəlməsə də.

- Küsülü olduğun müğənni var?

- Bir nəfər də yoxdur.

- Bəs Səidə?

- Onunla münasibətləri yoluna qoyduq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Sirli Melek · 21 Aprel 12:0990

    gözəl ailəsi var, xoşbəxt olsunlar.

    Cavab yaz
  • Anonim
    Alis · 21 Aprel 12:1280

    Ne gozal teki xosbext ol hemise.Sou biznesda aileli mugennilerin sayi azdi.Ailesini qoruyub saxlayirsa halaldi.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 21 Aprel 12:12111

    Musahibe xosuma geldi amma bir cumle xosuma gelmedi''Bu xususiyyetleri hec kimde gormediyim ucun''cumlesi xosuma gelmedi ,Merd, exlaqli, durust,olmaq Azerbaycan kisilerne xas xususiyyetdi 10 % cixmaq sertiyle .

    Cavab yaz
    • Anonim
      Araz · 21 Aprel 12:4070

      heç kimdə deyenədə yəqin ki, taliblərini nəzərdə tuturmuş. xoşbəxt olsunlar. ana olmağı bacarmaq çətin məsələdir indiki dövrdə.

      Cavab yaz
  • Anonim
    Ceyran · 21 Aprel 12:2111

    Girmizi don,yawi dirnag boyasi,bawinda gul-Bu denim pik nogtesi.Bunun artig cekiye hec aidiyati yoxdu.

    Cavab yaz
  • Anonim
    N · 21 Aprel 12:3030

    Belâ gözâl ailâ sevâr,nümunâvi ulduzlara baxan gânc tv izlâyicilâridâ ailâlârinin möhkâmlânmâsi üçün çalişrlar.

    Cavab yaz
  • Anonim
    ika.e · 21 Aprel 12:5770

    Çox gözel müsahibe.Allah xoşbextliyinizi daim etsin

    Cavab yaz
  • Anonim
    adsız · 21 Aprel 13:2613

    zehlem gedirdi onnan menim ailesni qoruyur pa

    Cavab yaz
  • Anonim
    =- · 21 Aprel 13:3930

    yer uzunde Elnare kimi coxbilmiw,tedbirli insan yoxdur

    Cavab yaz
  • Anonim
    Gunka · 21 Aprel 15:3820

    O saydigin merd exlaq durustluk menim erimde de var.yanliw cumle qurma

    Cavab yaz
  • Anonim
    Sevgi · 21 Aprel 17:2301

    Cox sevirem bu qadini musahibesinde dediklerine de inaniram eledir ki var yeqinsiz

    Cavab yaz
    • Anonim
      wirin · 21 Aprel 19:2510

      Ere gedenden mudriklewib halaldi Rovwene. Pis menada demirem qadini idare eden onu serbest buraxib ve ya bow veren kiwidi.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.