Şou-biznes

Həmkarları Vəfaya haqq qazandırdı - VİDEO

21 Aprel 2017 11:16
3 Şərh     Baxış: 3 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, teleqraf.com əməkdar artist, tanınmış aktrisa Vəfa Zeynalovanın Tarkovskini, Stanislavskini tanımaması ilə bağlı həmkarlarından münasibət öyrənib. Cavabları təqdim edirik:

Xalq artisti Rasim Balayev:

"Nə olacaq ki? Bilmir, öyrənər də. Vəfanın hələ nə yaşı var..."

Xalq artisti Firəngiz Mütəllimova:

"İnsan sual-cavab zamanı bildiyini belə unudur. Məsələn, mən evdə intellektual verilişləri izləyəndə sualları cavablandırıram. Amma həmin zaman efirdə olsam, bəlkə də çaşa bilərəm. Vəfa neçə ildir teatrda işləyir və savadsız xanım deyil".

Əməkdar artist Mehriban Xanlarova:

"Həmin dəqiqə ola bilər ki, Vəfanın beynində başqa fikirlər olub, suallara cavab verə bilməyib. Bu, o demək deyil sualların cavabını bilmir. İndi məndən hansısa sualı soruşsanız bilməyəcəyəm, çünki hazırda beynim işləmir. Biz biri yıxılanda baltalamağa çalışırıq. İnanmıram Vəfa xanım onları bilməsin. Bilməsə belə, bu kimi hallar hər bir insanda olur. Çünki hərdən yaxınlarımızın belə adını unuduruq. Nə isə qlobal məsələ olub? Dünya dağıldı? Olub olub da".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Vəfa Zeynalova 10 sualdan heç birinə cavab verə bilmədi:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.