Şou-biznes

"İki insan bir-biri ilə bədbəxt yaşayırsa...." - Sevinc boşanmağından danışdı

20 Aprel 2017 21:49
29 Şərh     Baxış: 22 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Sevinc Əliyeva "Gəlin danışaq" verilişinin qonağı olub.

Milli.Az big.az-a istinadən bildirir ki, aktrisa rejissor əri Fuad Əlişovdan ayrılması ilə bağlı sualları cavablandırıb:

"Qismət... Həyatda hər bir şey olur. Həyat davam edir. Heç kim sabahından sığortalanmayıb. Ailə qurmuruq ki, sabah boşanaq. İki insan bir-biri ilə bədbəxt yaşayırsa, qoy ayrılıqda xoşbəxt yaşasınlar".

S.Əliyeva hazırda övladlarına başı qarışdığını deyib:

"Komersiya filmləri çəkilən ərəfədə mən hamilə oldum, hər şeydən uzaqlaşdım. Çox geri düşdüm. Amma indi təklif gəlsə, ola bilər. Hazırda övladlarıma başım qarışıb. Onlar birinci sinfə hazırlaşırlar. Çox çətindir bu hazırlıq prosesi".

Qeyd edək ki, ötən il boşanan cütlüyün üç övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.