Şou-biznes

Elnarə ilə xanım yazıçı arasında gərginlik - "Öz rəfiqəmi boşatdırmışam" - VİDEO - FOTO

20 Aprel 2017 18:48
16 Şərh     Baxış: 15 512

ARB TV-də Elgiz Əkbərin təqdimatında yayımlanan "Elin gözü" verilişində gərgin anlar yaşanıb.

Milli.Az bildirir ki, verilişin budəfəki buraxılışında ailədaxili problemlər, çoxuşaqlı ailələrin yaşadığı çətinliklər müzakirə olunub. Verilişdə iştirak edən məşhurlar arasındakı müzakirələr zaman-zaman mübahisələrə səbəb olub. Müzakirələr zamanı müğənni Elnarə Xəlilova ilə yazıçı-jurnalist Aysel Əlizadə arasında yaranan gərginlik də diqqətdən yayınmayıb. 

Yazıçı-jurnalist Aysel Əlizadə verilişə qatılan ailənin vəziyyəti haqda bunları söyləyib:

"Bir az ayrı qalmalıdırlar. Bəlkə, 5-10 gün sonra oğlan özü sakitləşəcək. Zamanla düşünəcək, doğru qərarı verəcək. Oğlanı psixoloqa apara bilərik. Hərə öz səhvini görər. Ailədə hər cür söz-söhbət olur. Təhqiri, zorakılığı bağışlamaq olmaz. Adam istəmirsə, onları barışdırmaq olmaz. 4 qızın xətrinə o ailə dağılmalıdır. Çünki uşaqlar normal ailədə böyüməlidir. Sağlam valideyn tərbiyə etməlidir. Elə adam var ki, ona nə eləsən qabında o var".

Elnarə Xəlilova isə ailəni bir arada tutmağın vacibliyindən danışıb:  

"Ailə dağıtmaq 1 saniyədə belə olar, amma qurmağa çox zaman lazımdır. Əlimizdə olanların dəyərini bilmirik. Hər zaman xanımlara dəstək olmuşam. Elə hal olur ki, ər içir gəlir evə, pul qazanmır, döyür, söyür. Mən belə hallarda qadına haqq verirəm, buna dözmək olmaz. Mən öz rəfiqəmə "boşan" sözünü demiş, məsləhət vermiş adamam.  Onu boşatdırmışam, ona "bu adamdan sənə ər olmaz" demişəm, 7 illik ailə dağılıb. İndiki situasiyada görürəm ki, məsələni burada həll etmək olar. Məqsədimiz odur ki, bu ailə dağılmasın. Mən də anayam, mənim də 4 övladım var. Mənim də yoldaşımın işdən əsəbi, ac gəldiyi, əlinin gətirmədiyi vaxtlar olur. Hər xırda şey olanda durub ailəmi dağıtmalıyam? Mən özümü elə aparmaram ki, o məni təhqir etsin. Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir.  Mən ailə dağıtmağın tərəfdarı deyiləm. Bu mənim mövqeyimdir. Heç olmasa o uşaqların xatirinə nəsə etmək olar". 

Aysel Əlizadə Elnarə Xəlilovanın söylədiyi fikirlərə etiraz edib: 

"Elnarə xanım, siz sənətçisiniz, sizin ruhunuz daha azad olmalıdır. Bir insan xoşbəxt olmadığı yerdə niyə qalmalıdır? Elə qadınlar var ki, övladını atalı-analı uşaqlardan daha tərbiyəli böyüdür. Mənim nənəm 3 qız böyütmüşdü, 3-ü də bir-birindən savadlı, ağıllı". 

Həmin görüntüləri sizə təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Müğənni Elnarə Xəlilova ilə yazar Aysel Əlizadə - Elin gözü - ARB TV

Elnarə Xəlilova və Aysel Əlizadə - Elin gözü - ARB TV

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

16 Şərh:

  • Anonim
    ika.e · 20 Aprel 19:0020

    Elnare xanımın fikri ile razıyam.mentiqli danışır

    Cavab yaz
  • Anonim
    ........ · 20 Aprel 19:01120

    Elnarenin arxasinda görünen xanim.Adam bu qeder görmemiwlik etmez.Qonwuda qohumda hec ne qalmadi?

    Cavab yaz
    • Anonim
      Aida · 21 Aprel 16:5310

      mənim millətimin qadınlarına cox yazığım gəlir......dözür hər əzaba o bilə bilə,yaşayir sirrini salmadan dilə........əvəzində nə qazanir şezaferinnik uşaqlar itirilmiş cavanlıq,bədbəxt qadın taleyi...və sair.....belə ailələrdə böyüyən uşaqlar da gələcəkdə cəmiyyətə cox böyük bəlalar ,problemlər gətirirlər l

      Cavab yaz
  • Anonim
    ????? · 20 Aprel 19:0641

    Elnare xanimin agzi isti yerdedi deyesen.hansi qadin isteyerki doyulub soyulmeyi?xosh halina yariyanin...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 Aprel 19:0781

    1 xanim ki, bedbext halda yola vermeynen,gunun kecirdecek onun yasadiqlarin heccc kes deye bilmez, o qeeeeedeeerrrr etrafimizda bele xanimlar var dozub resmen omurlerin curudurler.Cox yaziqim gelir bele xanimlara .

    Cavab yaz
  • Anonim
    rusiyadan · 20 Aprel 20:5990

    Her cüre aile olur kiwi varki çölde xanimlarla deyir gülür eve gelende it olub keçir xaniminin canina ... Tehqir edir ,ne bilim söyür ,döyür bele weylere yaziq qadin nece dözmelidi ona görede luçwi ayrilmaq balalarni dinc bawnan saxlamaq

    Cavab yaz
  • Anonim
    adsız · 20 Aprel 22:3410

    Elnare xanım düz deyir her şeye göre aile daqdmılar her çetiniye dözmek lazımdı balaların üçün guya boşanıb neyicek tayda boş boqazdar qadının başını böyüdecekler .

    Cavab yaz
  • Anonim
    Moskva RTSSDK · 20 Aprel 22:4341

    Guya bowananda nolacag.Kim baxacag onun ovladlarina.Zemane o zemane deyil hami ozunedi.Qardaw birgun baxacag iki gun baxacag sonra burunluyacag.Heyatin qanunu budur

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 20 Aprel 23:4130

    Elnarenin arxasindaki arvadin uzuklerine baxin hele nc nc nc nc

    Cavab yaz
  • Anonim
    ????? · 21 Aprel 00:1520

    Nara Allah seni guldursun.oldum gulmekden.camaat ne hayda sen ne hayda.

    Cavab yaz
    • Anonim
      ❤ Nara ❤ · 21 Aprel 10:1400

      ☺☺☺☺ Allah hemiwe guldursun seni.

      Cavab yaz
    • Anonim
      Nara-ya · 21 Aprel 11:2300

      O basa basda uzuklere fikr vermisen ee

      Cavab yaz
      • Anonim
        Angel · 21 Aprel 15:0400

        Menim qardawimin yoldawida eledi neyi taxir gedir toya ele bil yeni il yolkasidi deye bilmirem menden boyukdu hemde deyer baldizliq edirem

        Cavab yaz
      • Anonim
        ❤ Nara ❤ · 21 Aprel 17:5600

        ☺☺ neyniyim uzukleri adamin gozune girir.Ozde Hurremin uzuyundendi

        Cavab yaz
  • Anonim
    rusiyadan · 21 Aprel 07:4010

    Elnarenin arxa terefinde arvadin elindekilere baxx aaaa eyni ūzüyleri doldurub elne ele bil toya gelib sepine hele baxin elinde ele qoyubki hami görsün nrç nrç nrç

    Cavab yaz
  • Anonim
    Alis · 21 Aprel 11:5410

    Her seya gora aile dagitmaq olmaz.Yena usaq olmasa he ayrilmaq olar.Amma usaq olanda cetindi .Onlara kim baxacaq qardas ,baci hamsi ozunadi.Calisib yola getmekmlazimdi.Indi zamzneda pisdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.