Şou-biznes

"Oğlum uşaqlı qadınla da evlənsə, qəbul edərəm" - Mətanət VİDEO - FOTO

20 Aprel 2017 14:35
68 Şərh     Baxış: 8 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan tanınmış aparıcı Mətanət Əliverdiyeva maraqlı açıqlamalar verib.

Milli.Az bildirir ki, o, ilk olaraq verilişinə qonaq gələn müğənnilərin ondan inciməsindən danışıb:

"Bəzi kişi müğənnilər məndən incidi. Üzlərinə səhvlərini dediyim üçün xətirlərinə dəydi. Reklam fasiləsində mənə incidiklərini dedilər. Durub verilişi tərk edəcəklərini dedilər, mən də dedim buyurun gedin. Guya ki, bunlar doğulandan sənətkardır. Keçmişlərini unudublar. Sənətkar ayrı bir şeydir".

Daha sonra ailəsindən söz açan aparıcı, oğlanlarının yanında qalmayacağını da bildirib:

"Evlənəndən sonra uşaqlarımın yanında qalmayacam. Onlara və gəlinlərimə azadlıq verəcəm. Mən onların seçimlərinə qarışmayacam. Oğlum uşaqlı biriylə də evlənsə qəbul edəcəm. Bu, onun həyatıdır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Oğlum uşaqlı qadınla da evlənsə, qəbul edərəm" - Mətanət

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.