Şou-biznes

"Dostlarım dedi ki, oxuma, biabır olarsan" - Emil Bədəlov - VİDEO - FOTO

20 Aprel 2017 14:08
8 Şərh     Baxış: 3 194

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Emil Bədəlov olub.

Milli.Az xəbər verir ki, yeni repertuar üzərində çalışan Emil Bədəlov, ilk olaraq, nəinki efirlər üçün, ümumiyyətlə, toy məclisləri üçün də keyfiyyətli mahnı təqdim etməyin vacib olduğunu vurğulayıb:

"Məşq ona görə lazımdır ki, musiqiçilərin çalğısı, musiqiyə giriş-çıxışı daha keyfiyyətli olsun. Aləm dəyməsin bir-birinə. Təzə repertuar üzərində işləyirik. Yeni mahnılar hazırlayırıq. Bu məşq təkcə toy üçün deyil, həm də efir üçündür ki, efirə çıxanda oranı toyxanaya çevirməyəsən. Çalışırıq ki, efirdə klassik mahnılar ifa edək, dəyərli musiqiyə müraciət edək. Məşqlə efirə çıxanda bu, bir qədər peşəkar olur".

Bir vaxtlar "Saqqız Emil" deyə dildən-dilə dolaşan müğənni indi bu cür mahnılardan uzaq qaçıb, yalnız ciddi mahnılara üz tutduğunu bildirib:

"Bu gün mənə "Saqqız" tipli mahnıların qırxını təklif edirlər, pulsuz, aranjmanı ilə bir yerdə. Ancaq mən həmin mahnını oxumuram. Bilmirəm yaşımla əlaqədardır, bilmirəm musiqiyə olan daha ciddi yanaşmamla əlaqədardır, ancaq oxumaram. Sadəcə, mən onu ifa edəndə gənc dostlarım, sənət yoldaşlarım mənə deyirdilər ki, oxuma bunu, biabır olarsan. "Saqqız" sözünə görə. Ancaq Tarkan yüz cür mahnı oxuyur, ya da qeyrisi. Heç onlara nəsə deyən yoxdur".

Sənətçi daha sonra yeni doğulacaq övladı ilə bağlı danışmaqdan da çəkinməyib:

"Allah mənə 10 dənə də qız versə, canla-başla qəbul edərəm. Övladın pisi, yaxşısı yoxdur. Övladlara fərq qoymaq olmaz. Qız elədir ki, düzgün, dürüst, tərbiyəli şəkildə onu böyüdəcəksənsə, ər evinə yola salacaqsansa, bu, Allahın da xoşuna gələr. Zeynəb yoldaşımın subay vaxtlarından arzusu olub. Uşağın dünyaya gəlməsi ərəfəsində adla bağlı sual yarandı. Yoldaşım dedi ki, mənim arzum Zeynəb adı olub. Dedim ki, mən də səndən 40 dəfə çox istəyirəm həmin adı".

Qızı Səadətin doğulacaq bacısına qarşı qısqanclıq keçirdiyini söyləyən Emil övladlarına fərq qoymayacağını, üstəlik ilk övladına olan sevgisinin azalmayacağını da dilə gətirib:

"Səadət bir az ərköyün oldu. Çünki həm ana tərəfdən, həm də ata tərəfdən sevimli bir uşaq oldu, seçildi. Neçə vaxtdır, Zeynəb adını eşidəndən qısqanır. Biz də başını belə aldadırıq ki, sən onun anası olacaqsan. Zeynəbi sən böyüdəcəksən. Zeynəb adı çəkilən kimi görürəm ki, əsəbiləşir, qısqanır. Ancaq bilirəm ki, onu çox sevəcək".

Emil Bədəlovun ilk övladının məşhurluğu müğənini artıq kölgədə qoyub. Yəqin bu istedadın kökündə də babalarının və atasının musiqiçi olması dayanır.

"Səsi də var, özü də ki yaşından çox böyük oxuyur. Sadəcə olaraq, babaları: Firuz Əliyev, Namiq Bədəlov, ikisi də musiqidə sözünü demiş adamlardır, atası müğənni, dayıları musiqiçi. Canda, qanda var. İnşallah, birdən musiqi yolunu seçsə, yalnız ya pianino müəllimi ola bilər, ya da ki bəstəkar".

Emil necə olursa, olsun övladının müğənni olmasını dəstəkləmir. Gecəsini-gündüzünə qatıb özü işçi arı kimi çalışdığı üçün qızının da belə əziyyət çəkməsini istəmir:

"Pis başa düşməyin. Bizim bu sənətdə qeyrətli xanımlarımız da çoxdur, aparıcılarımız da çoxdur. Sadəcə olaraq, bu sənət dedi-qodulu sənətdir, gecəsi, gündüzü olmayan sənətdir. Mən istəyərəm ki, övladım səhər doqquzda işə getsin, altıda işdən evə qayıtsın".

Uzun fasilədən sonra yeni klip çəkdirən Emil qısa zamanda yeni ekran işini təqdim edəcəyini də eksklüziv olaraq, bizimlə bölüşüb:

"Fasilə oldu. Klipi Cəlal Kəngərli çəkib. Mənim də, onun da başı qarışıq oldu. Bir az maddi problemlər də ortaya çıxdı. Qismət oldu ki, əla bir klip alındı".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    rusiyadan · 20 Aprel 14:5830

    Vallah düz deyir dostlarin ...luçwi sen vapwe oxuma oxuma oxumaaaaaaa

    Cavab yaz
  • Anonim
    rusiyadan · 20 Aprel 14:5930

    Oxumaq senlik deyil senin bir qram ne sesin nedeki avazin var

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 20 Aprel 15:3921

    Senin sesin yoxdu.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 Aprel 16:1640

    Ne ses ne mahni senlik deyil,nöut cixartsan , ya da pambiq plani doldursan bir is gormus olarsan...

    Cavab yaz
    • Anonim
      Boyyy · 20 Aprel 16:4510

      eeeee san oxuya bilirsan? Ha Alibaba Mammadovsan ya Mammadbaqir? di bilak . Hec sanin mahnini bilmiram . coban sandan yaxsi oxuyur

      Cavab yaz
  • Anonim
    Duzgun danishan · 20 Aprel 18:0410

    Emil,sen oxumaaaaaaaaaaaaaaaaaaaaaaa! Sen,oz Allahin oxumaaaaaaaaaaaaaa! Oxumaq eylence deyil,sende ushaq!

    Cavab yaz
  • Anonim
    A · 20 Aprel 23:4700

    Eeee bu nediye korpe usaqdiye sesi var deyire.Korpe usagin ne sesi ola biler ay Emin.Bilmirlere ne desinler

    Cavab yaz
    • Anonim
      *** · 25 Aprel 18:3700

      oxumaaaa sen niye cunki senin sesin yoxdur

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.