Şou-biznes

"Aparıcılığa "əlvida" dedim" - VİDEO

17 Aprel 2017 20:06
3 Şərh     Baxış: 1 862

"Bir ildir verilişim yoxdur, aparıcılığa "əlvida" demişəm. Efir xatirinə nə oldu aparmayacam ki...".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Cavid Gül "ATV maqazin onlarla" verilişində deyib.

O bildirib ki, bundan sonra film çəkilişi ilə məşğul olacaq:

"Filmin ideya müəllifi mənəm, ssenarisini Fərhad Abdullayev yazdı. Mistik triller janrındadır. O qədər də böyük bir büdcəmiz yoxdur. Gördüm hamı film çəkir, pul qazanır, mən də bu işə girdim. Baş rolda özüm oynayacam. Xanım həmkarım isə həyat yoldaşımı canlandıracaq".

Cavid ailə qurub-qurmaması ilə bağlı suallara isə belə cavab verib:

"Hazır deyiləm, istəmirəm. Gərək adamın ürəyində ailəsi, uşağı olmaq istəyi olsun. Hələ bu istəyim yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    a · 17 Aprel 21:2600

    duz

    Cavab yaz
    • Anonim
      Fereh · 18 Aprel 08:4800

      Yaxsi elemisen sehne mefeniyyeti yoxdu hec xosum gelmir bu aparicidan

      Cavab yaz
  • Anonim
    ... · 18 Aprel 08:4900

    Bir ildi verilisin yoxdu cunki verilis apara bilmirsen

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.