Şou-biznes

"Nəfəs almaq olmurdu" - Murad Arifin klipində təhlükəli anlar - VİDEO - FOTO

17 Aprel 2017 15:14
1 Şərh     Baxış: 914

ARB TV-nin "Gəlin Danışaq" proqramının növbəti qonağı, tanınmış aparıcı, müğənni və bəstəkar Murad Arif olub.

Milli.Az xəbər verir ki, olduqca maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, ilk olaraq, yeni klipindən söz açıb:

"Fərhad çox əzazil rejissordur. Klipdə olan bir riskli məqam haqqında danışmaq istəyirəm. Orada rəqqasların başlarına kürə taxırlar və bu cür rəqs etməlidirlər. Maraqlı məqamsa odur ki, o kürədə nə görmək olur, nə də nəfəs almaq olur. Onu da əlavə edim ki, klipin modelyer, kostumyer və dizayneri məhz özüm idim".

Daha sonra Murad yeni klipindəki geyimdən danışıb:

"Bu geyimləri klipdən başqa heç yerə geyinə bilmirəm. Şiraslan Gülsəsliyə bənzəyərəm. Toyda bu cür geyimdə olsam, hamının beynində fərqli estetika canlanar. Mən sevirəm ki, dünyaca məşhur sənətçilər Maikl Jekson, Elvis Presley kimi, geyimlərin arxivdə qalsın".

Sonda özünün potensialından söz açan sənətçi etmək istədiyi çox proyektin olduğunu vurğulayıb:

"Etdiklərim mənimçün azdır. Təvazökarlıqdan uzaq olsun, edə biləcəyim çox şey var. Mən çox şey etmək istəyirəm. Ağlımda çox şey var. Ancaq reallaşdırmaq bir az çətindir. İnşallah, zamanla hər birini reallaşdırmağa çalışacam".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Niko · 17 Aprel 21:3100

    Goresen bununda kimse fanati var ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.