Şou-biznes

Müşviq yeni evini ilk dəfə göstərdi - VİDEO

17 Aprel 2017 15:23
1 Şərh     Baxış: 4 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər" telekanalının "Evdəkilərə salam" verilişi bu dəfə aktyor Müşviq Şahverdiyevin evində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor yeni evini ilk dəfə nümayiş etdirib.

M.Şahverdiyev 6 ay bundan əvvəl yeganə bacısını ərə verdiyini deyib. Aktyor iki anasının olduğunu söyləyib:

"Atam rəhmətə gedənə qədər üç dəfə evlənib. Birinci Risiyada evlənib. Sonra başqa bir xanımı alıb, iki böyük qardaşım var. Sonra Sənubər xanımı kənddə görüb vurulub və qaçırdıb, ondan da biz dünyaya gəldik. Mənim 6 yaşım olanda atam dünyasını dəyişdi".

Anası Sənubər xanım "Müşviq ailə quranda ayrı yaşamaq istəsə, razı olarsınız" sualına belə cavab verib:

"Bir oğlum var, necə ayrı yaşasın? Necə ola bilər? İstəməzdim elə olsun, ondan ayrı yaşaya bilmərəm".

M.Şahverdiyev son günlər artıq çəki atdığını bildirib:

"Əvvəl 95-96 kiloqram idim. İndi 86 kiloqramam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.