Şou-biznes

"Sevdiyim insan var, amma o, bunu bilmir" - Təranə Səmədova - VİDEO - FOTO

16 Aprel 2017 01:06
15 Şərh     Baxış: 3 765

ARB TV-nin "Evgördü" verilişinin növbəti qonağı prodüser Təranə Səmədova olub.

Milli.Az bildirir ki, prodüser ilk olaraq bu sahəyə gəlişindən bəhs edib:

"15 ilə çatır ki, prodüserəm. O zamanlar Şən və Hazırvcavablar klubu, müxtəlif verilişlər var idi, mən onlarla işləmişəm. Həmin zamanlar heç prodüser demirdilər, inzibatçı adlandırırdılar. Elə-elə əhatəm genişləndi, əlaqələrim genişləndi. "Bəxtiyar" filmində belə onun işlərini aparan insan prodüserdi. İllər keçəndən sonra bir prodüserin başaracağı bütün işlər bir kompakt şəklində mən də yarandı".

Təranə daha sonra şəxsi həyatından söz açarkən evlənmək istədiyini qeyd edib:

"Ola bilər. Həyatda heç vaxt, "heç vaxt demək" lazım deyil. İstiyərəm. Çünki bir anamdı, bir qızım, bir də mən. İstiyərəm qızıma arxa ola biləcək bir qardaşı olsun, mənə dayaq ola biləcək bir insan olsun. Amma əfsuslar olsun ki, elə bir insanı görə bilmirəm".

Prodüser hal-hazırda həyatında gizli də olsa birisinin varlığından söz açıb:

"İdeal biri yoxdu. Kişi olmalıdı. Bir kişi mən nə deyirəmsə onla razılaşırsa, mən ondan çəkinmirəmsə, mən onla yola gedə bilmərəm. Sərbəstliyimi qurban verə biləcəyim kişi hal-hazırda həyatımda var. O, elə düşünür ki, mənim sərbəstliyimi sərhədə ala bilməz, addım atmağa çəkinir. Mən də heç vaxt qürurumdan hiss elətdirə bilmərəm ki, sənin şansın var. Onu dəhşət çox istəyirəm".

Şou-biznesin durğunluğundan şikayətlənən Təranə müğənnilərin prodüserə artıq xərc kimi baxmasından şikayətlənib:

"Mən bilirəm ki, nəyə qadirəm və bundan daha artıq iş görə bilərəm. Lakin şou-biznes özü durğunlaşıb. Müğənnilər əvvəlki qədər pul qazana bilmirlər deyə, prodüserlə işləməyi artıq xərc kimi hesab edirlər".

Sonda Səmədova şou-biznesin ən bahalı prodüserlərinin adlarını açıqlayıb:

"Təranə Səmədovaya görə bu gün şou-biznesin ən bahalı prodüseri Vaqif Gərayzadədir. Hansı ki, onun qiyməti yoxdur. Nigar Hacızadədir, Yalçın Cabbarovdur, Tolikdi, Anar Mədətov, Emin Əfəndidir. Mən Kərim Abbasovun yaradıcılığında çox böyük trampilin olmuşam. İlk mahnısı "Can Bakı" olub, onda mən olmamışam. Kərimin çox klipini mərhum Şahin Zəkizadə çəkib. Onla çox işbirliyimiz olub. Bu səbəbdən onun yoxluğu məni çox sarsıtdı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Sevdiyim insan var, amma o bunu bilmir" - Təranə Səmədova

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    // · 16 Aprel 01:2761

    Bu ozu hec, amma qizindan dehwet xowum gelir.hem gorunuwu,en cox da gulmeyi nese ferqlidi,mene cox wirin gelir.Allah xowbext elesin o qizi.

    Cavab yaz
  • Anonim
    nb · 16 Aprel 01:5080

    bu hasi di ickili masin surerken tutulmusdu odu?

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Aprel 06:54412

    Buda menim kimi kecmis heyat yoldasn unutmuyub mende 2defe evlendim Amma 1Ci heyat yoldasimi unuda bilmirem goren oda meni unuda bilmir

    Cavab yaz
  • Anonim
    Asss · 16 Aprel 07:03152

    Bunlar now utanmirlar?! Arsizcasina deyr qizima qardaw istiyrem.hansi kiwiden? Now camaatin evin dagidirsiz? Evli kiwileri tora salirlar onlari wire ceken mawin kimi sixib suyun cixarirlar(mecazi menada) ev pul masin. Sonda o bedbaxt kii oz ailesinden de olur. Bu goresen bunun sevdiyi necenci kiwidir. Bir sozle sou biznesin ne gunde oldugu melumdu

    Cavab yaz
    • Anonim
      asssa · 16 Aprel 10:53147

      Eceb edir isteyir. Sene ne? Sene ne hansı kişiden isteyir? Sen varsan deyə aile qurmasin?

      Cavab yaz
  • Anonim
    Nardawa · 16 Aprel 08:5707

    Qiz,birden o"bextever"men olaram?

    Cavab yaz
  • Anonim
    rusiyadan · 16 Aprel 09:1560

    Allah sebir versin bize ..Offffff

    Cavab yaz
  • Anonim
    Haphop · 16 Aprel 10:2231

    Sanin is gucun yoxdu???

    Cavab yaz
  • Anonim
    Resid-32 · 16 Aprel 10:24120

    Tebiidir her kes herseyin en yaxsisini isteyir.qadin , merd ,aile canli , qeyretli esl kisi arzulayir kisi ise tebii en namuslu, isguzar ,gozel, qadin axtarir amma her zaman bunu axtarsnlarin ozderi bu xusisiyetlere laiq olmurlar. Ozderinde olmayani qarsi terefde axtaranlara tecub edirem!

    Cavab yaz
  • Anonim
    cavab · 16 Aprel 10:5372

    genclikde cox sehv ola bilerAqol insan odurki o sehvleri bir de tekrar etmesin Aqillan basnan emelisaleh olarsa niye de yox kiHer bir insan xosbextliye can idi atir Esas olmaqdir,onu bacarib elde tetmek lazimdirTerane her musahibesinde mutleq Kerimin adin cekir Dansa da ki sevmir.amma helede sevirOvaxt Terane cox saf idiiEle indi de ureyi temiz bir insandi Xosbext olsun

    Cavab yaz
  • Anonim
    Teraneye · 16 Aprel 10:5461

    İnsallah arzuna çatarsan. Qizinin bacısı da olar qardaşı da

    Cavab yaz
    • Anonim
      sena · 16 Aprel 12:5731

      Iki gun qabag...Zamiqle Abbasin musqullarindan xowu gelirdi yeqin iksinden birine vurulub deye bilmir

      Cavab yaz
      • Anonim
        Noname · 16 Aprel 14:2311

        ))) novbeti hedefe dogru ireli..

        Cavab yaz
  • Anonim
    Sveta · 16 Aprel 16:5120

    bu wəkər qizi yeyərəm də,vallah. Ay Allah, nə yaxwi qizdir yanimda olsaydi doyunca opərdim, kaw bəxti de gozel olsun inşallah

    Cavab yaz
  • Anonim
    Fidan · 16 Aprel 18:0611

    Ele buda gunde birin sevir utanmir o boyda qizinnan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.