Şou-biznes

Elza Seyidcahandan Fikrət Qocaya cavab: "Allah bizə səbr versin"

30 Mart 2017 23:28
0 Şərh     Baxış: 6 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəstəkar-müğənni Elza Seyidcahan xalq şairi Fikrət Qocanın mətbuatda onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, əməkdar artist xalq şairinin çox müdrik açıqlama verdiyini deyib:
"Allah Fikrət Qoca kimi şairlərimizi qorusun. O, çox müdrik açıqlama verib. Amma həmin yazını oxuyanda xəbər başlığına qoyulan sözlərə rast gəlmədim. Allah bizə səbr versin. Hər şey gözəl olacaq, inşallah. Təxminən 10 il əvvəl xalq şairinin "Həyat fırlanır, Zaman fırlanır..." şerinə gözəl bir kompozisiya bəstələmişəm.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə bəstəkar-müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olduğu barədə məlumat yayılmışdı. Lakin həm qurum, həm də Elza Seyidcahan məlumatı təkzib etmişdi. Xalq şairi Fikrət Qoca isə yenicag.az saytına danışaraq məsələyə bu cür münasibət bildirib:
"Bizim məşhur klassiklərimiz AYB-in üzvü olublar. İndi bu quruma üzv olmaq istəyən adamlar nə vaxtsa o klassiklərin ruhundan utanmalıdır. Əgər adam zəif yazırsa, xəcalət çəkər, heç utandığından AYB-ə üzv olmaq istəməz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.