Şou-biznes

Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı - VİDEO

28 Mart 2017 22:31
28 Şərh     Baxış: 3 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olması xəbərinə aydınlıq gətirib.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Show time" verilişində qonaq olarkən danışıb:  

"Sizcə bu sevindirici, yoxsa təəccüblü xəbərdir? İnşAllah üzv olaram. Niyə tələsirsiniz ki? Hər şeyin öz vaxtı var. Mən bunun üçün Azərbaycan Yazıçılar Birliyinə də müraciət etməmişəm. Müraciət də etmərəm. Kitabım işıq üzü görmədən, Yazıçılar Birliyinə üzv olmaq üçün müraciət edə bilmərəm. Öz qələmimlə bir çox sirləri öyrəndim. Yeni kitabım 3 dildə çıxır. Azərbaycan, Rus və ingilis dilində. Amma Yazıçılar Birliyinə üzv olmaq üçün ilk kitab Azərbaycan dilində olmalıdır. Kitabım da hələ ki, ləngiyir".

Xatırladaq ki, bir neçə gün öncə mətbuatda E.Seyidacahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması xəbəri dərc edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Elza Seyidcahan yazıçılar birliyinə üzv olub?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.