Şou-biznes

Diana Moskvada "Eurovision" gecəsinə qatılacaq

28 Mart 2017 19:12
2 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada "Eurovision 2017" ilə bağlı gecə keçiriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədbir Moskvada aprelin 21-də baş tutacaq. 

"Vegas City Hall"un konsert zalında təşkil olunan gecədə 9 ölkənin təmsilçisi iştirak edəcək. Onlar Azərbaycandan - Dihaj, Rusiyadan - Julia Samoilova, Bolqarıstandan - Kristian Kostov, Yunanıstandan - Demy, Moldovadan - SunStroke Project, İsraildən - Imri Ziv, İsveçrədən - Timebelle, İtaliyadan - Francesco Gabbani, Ermənistandan - Artsvikdir.

Konsertdə rusiyalı müğənnilər də çıxış edəcəklər. 

Xatırladaq ki, "Eurovision"nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.