Şou-biznes

Nüşabə Ələsgərli: "Mənim üçün o ölməyib"

28 Mart 2017 19:23
16 Şərh     Baxış: 5 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Efirə çıxmağa hazırlıqlı deyildim. Fikirləşdim ki, gözüm yaşaracaq, ağlayacam. Həyat mənim üçün 3 il əvvəl gözəl idi, indi deyil".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Nüşabə Ələsgərli "10-dan sonra" verilişində deyib. 

Anasını və bacısını itirən müğənni ağır günlər yaşadığını söyləyib. Göz yaşını saxlaya bilməyən N.Ələsgərli hər gün anasının yuxuda gördüyünü bildirib: 

"Onun qoxusunu heç kimdən ala bilmirəm. Heç ağlına gəlməzdi ki, rəhmətə gedəcək. Dedilər, çox üsyan edirsən. Adam edər də... Durduğu yerdə 48 ildir mənlə bərabər olan, canım, dostum anam ölüb. O qocalmadı... Fikirləşirdim ki, anam qocalar, divanda oturar... Mənim üçün o ölməyib. O biri dünyüya inanıram. Yuxularıma tez-tez gəlir. Son bir aydır gəlmir. Tək anam yox, 2 ay sonra bacım da getdi. Hər səhər oyananda onları gözüm gəzir. Əvvəl səhər yuxudan oyanmağıma peşman olurdum".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.