Şou-biznes

Niyam: "Qaşımı almasam, toya aparmırlar"

27 Mart 2017 19:18
28 Şərh     Baxış: 3 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kişi əgər səhnə adamıdırsa qaşını da aldırmalıdır, üz-gözünə də əl gəzdirməlidir. İndi bu dəqiqə botoks dəbdə deyil, o qədər prosedurlar var ki, öz qanından və plazmasından götürüb, dərini gözəlləşdirirlər".

Milli.Az bildirir ki, Bu sözləri yenicag.az-a açıqlamasında müğənni Niyam Səlami deyib. Ərəb kişilərinin də qaşlarını aldığını misal gətirən Səlami bunda qəbahət görmədiyini deyib:

"Səhnə adamı ilə bank işçisi başqa-başqa adamlardır. Aktyora, aktrisaya, botoks etdirmək olmaz, çünki onlar yaşlı obraz oynamaq üçün qrimdən istifadə edirlər. Bu mənada onun yaşı artdıqca daha da dəyərli olur, obrazı daha təbii canlandırır. Amma müğənni elə deyil axı, baxımsız olsan, səni toya aparan olmayacaq. Ona görə müğənni lazım gələrsə, saçını boyamalı, qaşını səliqəyə salmalı(nədənsə Niyam aldırmaq sözündən ehtiyat edirdi - red.), üz-gözünə əl gəzdirməlidir. Bu, bizə ərəblərdən gəlib. Şərq kişilərinin manikür-pedikürünə, qaşına baxın, sonra öz kişilərimizdən danışın. Şəhərimizə milyoner ərəb kişiləri gəlir, hamısı qaşını aldırtdırıb. Amma bizim yazıq səhnə adamları bunu eləyən kimi söz edirlər. Nədi-nədi səhnədədi, göz qabağındadır. Kişi müğənninin meşə kimi qaşı var, adam neyləməlidir? Kimsə saçını boyayır, bunu da söz edirlər. Mənim indi saçım ağarıb, belə xoşlayıram, ola bilər nə vaxtsa boyatdırım. Amma asvalt rəngində qara yox, təbii rəngdə".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.