Şou-biznes

Azərbaycanın məşhur kosası müflis oldu - FOTO

21 Mart 2017 11:59
9 Şərh     Baxış: 4 940

Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazının ifaçısı Qafar Novruzlu təəssüratlarını bölüşüb.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, kefsiz olduğunu deyən Kosa bazarının bağlandığından şikayətlənib.

- Mən əsrin kosasıyam, çox bayramlar yola vermişəm. Yaxşı günlərimiz çox olub. Amma indi vəziyyət elə də ürəkaçan deyil. Yalan nə deyim. İldən-ilə Novruz bayramını cılızlaşdırıblar. Camaatda heç bayram əhval-ruhiyyəsi yoxdur, buna görə mənim də əhvalım yüksək deyil.

- Niyə, nə olub ki, xurcunu doldurmurlar daha?

- Ay rəhmətliyin qızı, camaat özünü güclə dolandırır, kimdir bizə pay verən? Çəkilişlərə gedirəm, studiyada Allahın bir xonçası da yoxdur.

- İndiyə qədər xurcununuza qoyulan ən maraqlı hədiyyəniz nə olub?

- İki yumurta.

- Heç xurcuna pul qoyanlar olur?

- Camaat özü pul tapmır, kimdi bizə pul verən?

- Bəs nə vaxt xurcuna pul qoyurlar?

- Əvvəllər verirdilər, dollar da, manat da. Ən çox qazandığım məbləğ 200 manat olub. Amma indi dolların üzünü televizorda görürük.

- Onu kim vermişdi?

- O məslək sirridir.

- Heç sizi təhqir edənlər olub?

- Yox, yalnız meydan oyunlarında bir-birimizlə güləşmişik. Bilirsiniz ki, mən Ulu Öndərin ən sevimli kosası olmuşam. O, mənə dəyər verirdi, onunla yumurta döyüşdürmüşəm. Bir də Prezidentimlə yumurta döyüşdürmüşəm.

- Heç rəqibiniz var?

- Dərdimi təzələmə, indi bizi sayan yoxdur. Klounlar çörəyimizi əlimizdən alıblar. Bayram günü bizim personajların geyimində olurlar. Qalmışıq ortalıqda, çörək ağacımızı əlimizdən alıblar.

- Bəlkə diqqət çəkmək üçün bir qədər müasirləşəsiniz, onda bazarınız da olar?

- "Skayp"ım var, arada yazışıram. Amma "Vatsap"dan-zaddan başım çıxmır, mən qədimdənqalma kosayam.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    ika.e · 21 Mart 12:0550

    Kosanı bilmirem .Amma o keçeli görende qorxuram))qeribe siması var

    Cavab yaz
    • Anonim
      ♌ Nara ♌ · 21 Mart 12:4710

      ☺☺☺☺☺☺

      Cavab yaz
      • Anonim
        ika.e · 21 Mart 12:5800

        Düz demirem Nara?!

        Cavab yaz
        • Anonim
          ♌ Nara ♌ · 21 Mart 14:1020

          Duzdu deyirsen baci,mende uzunu yaxinlawdirib diqqetle baxdim qorxdum.

          Cavab yaz
  • Anonim
    ... · 21 Mart 12:4000

    Allah guldursun sizi Kosa .İş yoldaşim Mahir dediyni dediki,bu kosa dollari Televizorda gormuşem:)))))

    Cavab yaz
  • Anonim
    jasmin · 21 Mart 13:0101

    dogru deyir.novruz bayramini cilizlasdiriblar. ne qeder gozledim qapiya papaq atanda olmadi.onlarin payinida hazirlamisdim. evveller bu bayrami nece hevesle gozleyirdik.

    Cavab yaz
  • Anonim
    Əli · 21 Mart 13:4220

    Əvvəllər yaşayış yaxşı idi ona görə bütün bayramlat maraqlı keçirdi.dərd fikir acdıq sözü biımirdik nədir.

    Cavab yaz
  • Anonim
    Cümə · 21 Mart 14:5200

    Vallah, bilmirəm Kosa və Keçəlin bayramda funksiyası konkret nədir? Allah köməyi olsun hər ikisinin.

    Cavab yaz
  • Anonim
    aaa ya. · 22 Mart 10:4100

    Sene kosalix yararaşar e. Get kosalix ele)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.