Şou-biznes

Elza Seyidcahan Oqtay Əliyevi özündən çıxardı: " Sən avtoritetsən?.."

18 Mart 2017 20:07
13 Şərh     Baxış: 7 628

"SOY" prodakşnın rəhbəri Oqtay Əliyev Əməkdar artist Elza Seyidcahanın onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, O.Əliyevin dediyinə görə, Elza Seyidcahanın "SOY" prodakşn haqqında dediyi fikirlərdoğru deyil: "Elza Seyidcahan mətbuata müsahibəsində iddia edir ki, guya müğənni Röya Ayxanı müdafiə etdiyi üçün biz də onun "SOY" prodakşnın verilişlərinə gəlməsinə qadağa qoymuşuq. Bu, tamamilə yalan fikirlərdir. Mən bu məsələ ilə bağlı Elza Seyidcahana zəng edib, narazaılığımı bildirdim. O isə mənə dedi ki, fikirləri təhrif olunub və elə demək istəməyib. Daha sonra Elza Seyidcahan hazırda Qazaxda çəkilişdə olduğunu və Bakıya gələndən sonra yayılan məlumatları aydınlaşdıracağını bildirdi. Amma mən Elza Seyidcahana dedim ki, bizim aramızda olan məsələyə Röya Ayxanın heç bir aidiyyəti olmayıb".
O.Əliyev Elza Seyidcahanın bəhs etdiyi həmin hadisənin əslində başqa səbəbdən baş verdiyini söyləyib: "Təqribən 12-15 il öncə Elza Seyidcahan tədbir təşkil etmişdi. Həmin tədbirə bizim müxbirlər də getmişdi. Ancaq həmin vaxtı Elza Seyidcahan müxbirlərimizin verdiyi suallara çox aqressiv və aşağılayıcı cavab vermişdi. Bundan dərhal sonra mən jurnalistlərə bildirmişəm ki, daha Elza Seyidcahandan müsahibə almayın, onunla heç işimiz olmayacaq və sairə. Bu hadisədən bir neçə il sonra Elza Seyidcahan mənimlə əlaqə yaratdı və verilişlərə çağırılmamasına görə narazılığını bildirdi. Mən də ona olanları izah etmişəm. Demişəm ki, Elza Seyidcahan sən filan vaxtı jurnalistlərimizə hörmətsizlik etmisən, buna görə də səninlə əlaqələri kəsmişik. Sonra Elza Seyidcahan mənə dedi ki, arada anlaşılmazlıq olub və sairə. Ona görə də bu məsələni bağladıq. İllər sonra Elza Seyidcahan yenidən nə üçün bu məsələni bizim adımızla gündəmə gətirir? Axı bu məsələyə Röya Ayxanın nə bağlılığı var? Burada söhbət nə Röya Ayxandan, nə Natavan Həbibidən, nə Lalə Məmmədovadan, nə də digərlərindən gedir. Elza Seyidcahanın deməyindən belə çıxır ki, sabah onun tədbirində kimlər qonaq olacaqsa, o da deyəcək ki, mən filankəslə onlara görə dava etmişəm! Ay Elza Seyidcahan, özün özünə cavabdeh ol! Əgər sən öz fikirlərini və hissələrini cilovlaya bilmirsənsə, daha başqa adamların adını nə üçün hallandırırsan? Sən onun-bunun tərəfini saxlayan avtoritetsən? Elza Seyidcahanın çox qəribə məntiqi var".
Xatırladaq ki, əməkdar artist Elza Seyidcahan müğənni Röya Ayxanla bağlı açıqlamasında "SOY" prodakşnın rəhbəri Oqtay Əliyevin ünvanına ittihamlar səsləndirib:
"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşn mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Bakll roya · 18 Mart 20:08411

    Royam ureyim canimdi

    Cavab yaz
  • Anonim
    000 · 18 Mart 20:4293

    Elza besti satawdin bu camahata

    Cavab yaz
  • Anonim
    naza · 18 Mart 20:4733

    Bir misqal dillni saxlaya bilmir.Ancaq ara vurur.

    Cavab yaz
  • Anonim
    ika.e · 18 Mart 21:0553

    Danıça bilmirsen danışmada..danışıb sonra qorxudan tekzib edeceydinse niye özüvü gülünc veziyyete salırsan axı..

    Cavab yaz
  • Anonim
    Elxan · 18 Mart 21:1793

    Sadəcə olaraq onun danışığına fikir vermək lazım deyil.Adam özünü apara bilmir, bunu dərk etmək üçün alim olmaq lazım deyil.Görməyin,dinləməyin itib-batıb gedəcək.Bir nəfər söhbət edir ki,15 il bundan qabaq bu adamın yanından keçmək mümkün deyildi.Bədənindən,nəfəsindən üfunət iyi gəlirdi.Belə birisi haqqında hər gün nəsə bir xəbər yazmaq əhəmiyyətsiz bir şeydir.

    Cavab yaz
    • Anonim
      Ayse · 18 Mart 23:3522

      Elzani deyirsiz iylenirdi?

      Cavab yaz
  • Anonim
    Asss · 18 Mart 21:3652

    Ilhame oldu bunun yeri geneldi. Ay elza senin endrabadi geyim ve aksesuarlarun neneme nesib olsun besdudeee)))

    Cavab yaz
  • Anonim
    Mahmudov · 18 Mart 22:2552

    Ay millət vallah elzanın heç bir sənəti yoxdur. Ona görə qalmaqal salıb, gündəmdə qalmaq istəyir. Elzanın yazdığı şeirlərə baxıb ona qiymət vermək bəs edər.

    Cavab yaz
  • Anonim
    Elxan · 19 Mart 09:0300

    Bəli,Ayse xanım.

    Cavab yaz
    • Anonim
      Elxan -a · 19 Mart 09:4400

      Salam Elxan bey necesiz.

      Cavab yaz
  • Anonim
    aa. · 19 Mart 09:4510

    Uje elzanin adi gelende üreyimbulanir besdide bunu wiwirddiz

    Cavab yaz
  • Anonim
    Elxan · 19 Mart 14:0413

    Sağ ol əzizim,mən çox yaxşıyam,Siz də yaxşı olun!!!Bayram günlərini də yüksək əhval-ruhiyyədə keçirin,bu mənim sənə və yaxınlarına olan arzumdur.

    Cavab yaz
  • Anonim
    Elxan-a · 19 Mart 15:0700

    Cox sagolun Elxan bey Allah razi olsun senden.Nevaxti şerhlerni gormurdum dunen gordum ve cox sevindim.Bayraminda mubarek.Allah komeyin olsun Elxan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.