Şou-biznes

Elzanın "yerinə oturtduğu" jurnalistlər, Şəbnəmin lüt şəkilləri, 60 yaşlı xanım əməkdar artistin 27 yaşlı sevgilisi - HƏFTƏBECƏR

20 Mart 2017 09:15
69 Şərh     Baxış: 20 643

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (117-ci say) təqdim edir.

Ötən həftə şərh yazan, təqdir və tənqid edən hər kəsə həmişəki kimi təşəkkürümü bildirirəm və keçirəm mövzulara.

Elza Seyidcahanın bu açıqlaması diqqətimi çəkdi deyə, bir hissəsini sizinlə də paylaşıram. Röya haqda danışıb:

"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşn mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam".

Elza nə xüsusi simpatiyam olan, nə də oxuduqlarını bəyəndiyim biri deyil. Amma görün nə deyir. Röyaya görə jurnalistləri yerinə oturdubmuş. Bilmirəm, həmin tədbirdə hansı jurnalistlər iştirak ediblər və yerlərinə oturdulublar. Amma kül o jurnalistin başına ki onu Elza yerinə oturdur. Özü də Röyaya görə. Bir məsələni anlamaq lazımdır ki, sənətçilərin 99 faizi öz dillərində desək, "yerlərinə oturublar". Birincisi, sənətə hansı yollarla gəldikləri, gəldikdən sonra keçdikləri yol, hansı hoqqalardan çıxdıqları hətta ən sadə tamaşaçıya da bəllidir. Məsələn, bir professor 40 ilini elmə həsr edib iki otaqdan ibarət darısqal mənzildə yaşayır. Ancaq ötən ilin sonunda bir fonoqram yazdırmış 22 yaşlı qız 3 aydan sonra 100 minlik maşında gəzir. Milyonçunun qızı idi? Yox. Bəlkə, atası böyük vəzəfədə imiş? Xeyr. Bəs nə? Bax onu siz məndən daha yaxşı bilirsiniz. Ona görə də danışmağa haqqı olan ən sonuncu adamlar sənətçilərdir. Çünki hələ indiyə kimi bir müəllim, bir həkim, bir jurnalist, bir professor, bir evdar qadın çıxıb açıqlama verməyib ki, üç min kişi ilə intim münasibətdə olmuşam. Amma sənət adamlarının da əksəriyyətinin az qala baş əydiyi bir sənətçi eyni açıqlamayla çıxış edib. Heç olmasa, ayıbınıza kor olun.

Təranə Qumral deyib ki, Şəbnəm Tovuzlunun məndə bir qəzetlik lüt, yataq fotoları var. Şəbnəm də bildirib ki, gərək bu barədə özümə deyə idi. Siz söhbətə baxın ha. Bu adamları camaat boğazından kəsdiyi pulla toyuna, şad gününə, məclisinə çağırır. Görün nəyin "razborka"sı gedir. Nəysə, axırda Təranə deyib ki, çaşanları aşırdıram. Nəzərinizə çatdırım ki, bu söhbət tin uşaqları arasında getməyib. İki qadın sənətçinin arasında baş vermiş söz-söhbətdən sonra verilən açıqlamalardır. Çaşanları aşırdıram nə deməkdir? Məgər dərəbəylikdir, yoxsa, kim kimi istədi aşırdır? Şəbnəm Tovuzlunu müdafiə etmək fikrim yoxdur. Necə deyərlər, adamın adı üstündədir. İntəhası, yaşı əllini keçmiş Təranə Qumralın bu tərzdə açıqlama verməsi qəbul edilə bilməz. Aralarında 18 yaş fərq var. Yəni Şəbnəm Təranənin qızıyla yaşıddır. Allah kəssin belə ana-balalığı haaa...

Müğənni Zamiq bildirib ki, bu il evlənəcəm. Əşşi, özün bil. İstəyirsən, ömür boyu subay qal. Bax bu yerdə jurnalistləri qınayıram. Zamiq nə boyda sənətkardır ki, evlənməyi də xəbər olur?

Xumar Qədimova isə xəyanətdən danışıb. Deyib ki, xəyanətə uğramışam və dərhal münasibəti bitirmişəm. Belə də olmalıdır. Amma mənim diqqətimi başqa məqam çəkdi. Sənətçinin zahiri görünüşündə, xüsusən dişlərində ciddi dəyişiklik var. Hətta bu dişlər mənə uşaq vaxtı saqqızın içindən çıxan "dişi" xatırlatdı. Doğrudanmı, belə görünmək bu qədər vacib idi?

Sonda eşitdiyim bir xəbəri sizinlə paylaşıram. Ancaq nə ad soruşun, nə də soyad. Altmış yaşı olan bir əməkdar artist 27 yaşlı oğlanla sevgili imiş. Allah xoşbəxt eləsin, toylarına gedək.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

69 Şərh:

  • Anonim
    Allah bendesi... · 20 Mart 09:17170

    Salam eziz şerhciler.Bayraminiz Mubarek.

    Cavab yaz
  • Anonim
    M.l · 20 Mart 09:22171

    Intiqam bey yazan elleriniz var olsun.hamisini tam oldugu kimi yazmisiniz.cunki bu haqqinda yazdiqlariniz millet ucun xalq ucun yadda qalacaq bir weyler etmeyib.hec biri de iller sonra da tarixde qalmayacaq.

    Cavab yaz
  • Anonim
    ika.e · 20 Mart 09:23111

    Bayramınız mübarek İntiqam bey.Yazdıqlarınızı beyendim ellerinize saglıq(Xumarın dişlerini xüsusi))) )

    Cavab yaz
  • Anonim
    ika.e · 20 Mart 09:2730

    BAYRAMINIZ MÜBAREK EZİZ ŞERHÇİLER★★★NURAY BACI,ŞİRİN BACI,SEBR BACI VE MAŞASI),EFQAN BEY,ESRA BACI,NUNU SUM,ALLAH BENDESİ HER BİRİNİZİ AYRI AYRILIQDA TEBRİK EDİREM XOŞBEXTLİK ARZU EDİREM♥♡♥

    Cavab yaz
    • Anonim
      Efqan ika.e-e · 20 Mart 11:4630

      Sagol Allah razi olsun. Bayramin mubarek!Haminin bayrami mubarek olsuruzi bereketiniz bol olsun

      Cavab yaz
      • Anonim
        ika.e · 20 Mart 12:1230

        Çox teşekkür edirem

        Cavab yaz
        • Anonim
          Esra ibrahimli (Samaxi) · 20 Mart 18:1830

          Canim ika e cox saq ol mende sizi tebrik edirem,gec girdim vaxt olduqca baxiram, canim bayramin mubarek olsun.

          Cavab yaz
          • Anonim
            ika.e · 20 Mart 19:4310

            Çox sagol eziz bacım

            Cavab yaz
  • Anonim
    Boyyy · 20 Mart 09:2841

    Allah sanı guldursun . Alaaa , super . Hec neynım dımıyasan , hamısa qalamın alımda olsun ay oqlum

    Cavab yaz
    • Anonim
      Boyyy aa · 20 Mart 09:3620

      Seninde Bayramin Mubarek

      Cavab yaz
      • Anonim
        Boyy · 20 Mart 09:4311

        Saq ol sanla bırlıkda .

        Cavab yaz
  • Anonim
    Allah bendesi... · 20 Mart 09:3210

    İka baci seninde Bayramin Mubarek.Heyatda sene uzun omur can sagligi ve Xoşbext olmagi arzu edirem baci.Bayramin Mubarek

    Cavab yaz
    • Anonim
      ika.e · 20 Mart 09:4510

      Çox sagol bacı:)

      Cavab yaz
  • Anonim
    Oguzlu · 20 Mart 09:3250

    salam Milli az istiifadecileri bayraminiz mubarek. Wobiznez olub wor qatiq biznesi

    Cavab yaz
  • Anonim
    Cıkus · 20 Mart 09:3440

    Superrrr. Yasa

    Cavab yaz
  • Anonim
    Əsranur · 20 Mart 09:34153

    Aaaaa,hamısını səbrlə oxudum.Amma,axırdakı o pedofil əməkdar artist lap beynimə girdiyeeee..Görəsən kim imiş???Gəl bundan sonra yat daaa..O yaşda nenənin sevgilisi olan cayılın da boyu yer altda qalsın.Heçmi iyrənmirlər??Belələri marketdə malın srokuna tez baxarlar amma...Gül kimi qoğal yemişdimee səhər-səhər,gəldi ağzıma..Heyf o oğlandan deməyəcəyəm,amma,heyf o qoğaldan..

    Cavab yaz
    • Anonim
      Men · 20 Mart 11:1272

      Qoca at arpa yemir?

      Cavab yaz
      • Anonim
        Əsranur · 20 Mart 13:2372

        Çox yeyəndə də müsahibə bolnicadan gəlir dəəəəə..Mədəyə ziyandır-dişinə görə vaxtı ötmüş arpa yesə yaxşı olar.

        Cavab yaz
  • Anonim
    :) · 20 Mart 09:3741

    Teraneden sorusmag lazimdi ki,Sebnemin o dediyi biabirci sekilleri niye mehz ondadi,ne meqsednen saxliyir,hansi xatireleri xatirlayir goresen ?! Hele yaxsi tapismisiz,didin bir birinizi.adam oxuyanda da bele xeberleri bilmir neylesin,abriniz olsun!! Jurnalistin de qelemine saglig,arada gozunnen vurur

    Cavab yaz
  • Anonim
    Diqqət! Moderator! · 20 Mart 09:3970

    Bütün şərhçilərimizin Novruz bayramını təbrik edirik! Bahar bayramınız mübarək!

    Cavab yaz
    • Anonim
      ika.e · 20 Mart 09:4420

      Eziz moderator sizinle bahem

      Cavab yaz
    • Anonim
      Şemkirli · 20 Mart 09:5310

      Sagolun Allah xalqimiza can sagligi firavanliq vrsin

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 20 Mart 18:2030

        Moder cannnn cox saq ol.sizinde bayraminiz mubarek olsun.

        Cavab yaz
    • Anonim
      Adi insan · 21 Mart 00:0500

      Sizinle birlikde moderator INSALLAH.UGURLAR

      Cavab yaz
  • Anonim
    Ayka · 20 Mart 09:4030

    İntiqam bey yazmaga yaxsi yazmsan.Amma bele xeberleri yaymaqda bir az jurnalistlerinde gunah var

    Cavab yaz
  • Anonim
    asi · 20 Mart 09:4482

    Salam..Hörmətli müəllif,117 saydı izləyib oxuyan oxucularınız bir təbrikə dəymədimi??.....Qulpqoyan dayı kimi təbrikə xəsislik edirsiz).Bayramınız, bayramımız mübarək..Maraqlı idi..Amma mən axırdakı kimdirsə, nə toyunu görmək istəyirəm nə də övladlarını)..Nə hoqqaları var evlərində gizli eləsinlər, gənclərin başını pozmasınlar..

    Cavab yaz
    • Anonim
      Asiye · 20 Mart 13:2800

      Demoqoqluq eleme.

      Cavab yaz
      • Anonim
        asi · 20 Mart 17:5810

        Etdim belə)).

        Cavab yaz
  • Anonim
    Boyy · 20 Mart 09:4620

    Ay Intıqam muallım sanda vaxt tapdında . Bır tarafdan duz eladın . Galan ay qızımın nısanıdı . Musıqıcı secırık dunandan . Yox dıyasan maqnıtafon qoyacam . Yada gorum gedım baxcaları gazım sluxu olan usaqlardan tapım .

    Cavab yaz
  • Anonim
    Yusuf · 20 Mart 09:4920

    Əvvəla bayraminiz mubarək..çox duzgun yazilib hər sey və ,istehza və birazda təəssuf doguran guluş yarandi uzumdə..əlləriniz dərd görməsin.

    Cavab yaz
  • Anonim
    Şemkirli · 20 Mart 09:5110

    Sagol elaa elerne sagliq amma axirinci neneden oglanin sevgidi haqda gelen defe yaz xais edrem mukunse

    Cavab yaz
  • Anonim
    NAZIM · 20 Mart 09:5210

    Salam, haminin bayramini tebrik edirem.Bu bayram vaxti telxeklerin adlarini cekmeyin.

    Cavab yaz
  • Anonim
    Qalib · 20 Mart 09:5321

    60 yaşlı əməkdar artist özü də bu yaxınlarda xəstəxanalıq ilmuşdu. Allah şəfa versin.

    Cavab yaz
    • Anonim
      Əsranur · 20 Mart 10:0392

      Hmm....Çatdı..Silikonlu dodaq...Vayş,vayş,vayşş....Üstəlik bir dənə də qızı vareee...Tomka maçııı...Əşşi,neyimə lazımeee adını deyim-qoy qalsın gizli.....Durum adını deyim,yapışsınlar yaxamdan?:)))))))

      Cavab yaz
      • Anonim
        Türkan · 20 Mart 12:5633

        Ay bacı daha nə qaldı hamısını dedin ki)))) Bir ikisini də mən deyim saçları qara .....Asla Vazgecmemdeki Aytülə oxşayır.....bir dəfə də ayağı sınmışdı....nəysə bayramın mübarək ay Əsranur!!))) İntiqam bəy yaman aqressiv və qərəzli məqalə olub ha bu dəfə,,,əvvəlkilər daha maraqlı idi,acı yumorla çatdırırdız sözü onsuz da hamı başa düşürdü həm də gülməli olurdu bu dəfə isə düzünə yazmısız....Möhkəm əsəbiləşdiriblər sizi hiss olunur....

        Cavab yaz
        • Anonim
          Gunay... · 20 Mart 13:0903

          Turkan can salam.Bayramin mubarek.

          Cavab yaz
      • Anonim
        Türkan · 20 Mart 13:0022

        Amma hamısı düppədüz ali təhsilli ingilis dili müəllimiyəm, hazırlıq kursunda dərs deyirəm, bir aya abituriyentin ödənişi 50 azn, onu da vaxtında vermirlər həm də yarısı kurs rəhbərliyinə çatır.qısası bir ay ayaq döy boğazını yırt əsəbləş qışqır öyrət axırı 25 azn bir də var bir yarımca saat oxu 10000i qatla ötür cibişdana....hansı yaxşıdı?Biz şərəfli peşənin mütəxəssisiyik nəolsun))

        Cavab yaz
        • Anonim
          Əsranur · 20 Mart 13:1401

          :))))Sabahın xeyir,Türkan.Mən də səni çoxlu-çoxlu təbrik edirəm.Bundan da gözəl bayramları qeyd edəsən ailənlə,körpələrinlə.

          Cavab yaz
    • Anonim
      Reyhan xala Wamaxi · 20 Mart 11:0940

      Yeqin o emekdar artist guce duwub ona gore xestexanaliq olub.

      Cavab yaz
  • Anonim
    M.l · 20 Mart 09:5521

    27 yawli oglanin nece de ureyi cekib o 60 yawli neneni.)))) Goresen onun ucun xanim kasadligi var?

    Cavab yaz
    • Anonim
      M.ı ya · 20 Mart 10:0510

      Man bılıram o kımdı . O oqlan prosta bundan ostıfada elıyırkı ora bura gedanda gorsansın . Guya bu kımdıda bunun yanında gorsansın

      Cavab yaz
  • Anonim
    M.l · 20 Mart 10:1010

    Intiqam bey hemiwe tenqidi birbawa mugeninin uzune vurur cekimeden.cunki duzgun olani yazmaq ve demek lazimdir.hec vaxt tufeyli ve yungul heyat terzi keciren senet adami hec vaxt senetin o pik noqtesine zurevesine qalxa bilmez.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 20 Mart 10:1520

    Sabahiniz xeyir. Haminizin bayrami mubarek. Bu defe yaxwi yazmisiniz.

    Cavab yaz
  • Anonim
    Intıqama · 20 Mart 10:1630

    Man dımısam dıyacam bır neca ıllar kecacak hamı avvalkı kımı maqnıtafon qoyacaq . Cunkı muqannılarım coxunun 1.2 sın cıxıram . Toya kısı axtarmaqa galır . Bunun sahıdı olmusam . Bır muqannı var . Bır dafa salonda dıdıkı bır sanballı yoy olsaydı bır pullusun tapardım. Qalmısam 2 usaq oxutdururaö . Evımda yoxdu . Kısı var ancaq elasın ıstıyıram bu azabdan qurtarım . 5 harflı nır qadın muqannı . Ondan sonra o muqannı manımcun 0 dı . San dıma bular touda kısı axtarır . Olunda day

    Cavab yaz
  • Anonim
    Balakenli · 20 Mart 10:2430

    Bu defeki buraxilis tam basqa oldu esasda Elza + senetciler haqda yazdiqlariniz ellerinize sagliq

    Cavab yaz
  • Anonim
    Şəhla · 20 Mart 10:4520

    Salam.mənim 30 ildən cox stajım var nə evim var nə də maşınım.hamıya bəllidi ki o var dövləti nə cür qazanıblar. onu bilirəm ki gənc nəslə cox pis örnəkdi

    Cavab yaz
  • Anonim
    SƏHƏR · 20 Mart 10:5111

    Bu dəfəki həftəbecərdə zarafat yoxdu,ancaq tənqid var nədənsə.... Belədəki o əməktar artist tək deyilki,onunkimi alfons saxlayan az deyilki ,indi bu (yazigin) adi cixibda bi dəfə

    Cavab yaz
  • Anonim
    cinare · 20 Mart 10:5700

    Salam.evvela bayraminiz mubarek!kecim jurnalistimizin meqalesini movzusuna..umumlikde pis alinmiyib yazdiglariniz.amma biz hardan bilek ki,bu Webnemle Terane Qumral arasinda sirf bucur sohbet gedib.ve yaxud da meqalenin ilk movzusu.webnem ozu coxda "bawi awagi"bir qadindir sanki.ailesi,uwagi olan kiwiyle evlenib hetta hamile idi.neise.siz ne diqqetli jurnalistsiniz Xumarin diwini bele benzetmisiniz.halaldi vallah.axirinci yazdiginiz movzuda da deyimki Yawin ne ferqi varki...:)))

    Cavab yaz
  • Anonim
    Reyhan xala Wamaxi · 20 Mart 11:0640

    Bayraminiz mubarek Hormetli werhciler ve Intiqam bey.Necesiz?halal olsin Intiqam bey.Dunen bir veriliwde Terane ile Musa qonaq idiler.Aparicida deyirki Leyli Mecnunlar.deyiremki onlar nediler bilmirem.Amma Leyli Mecnuna benzetmey en azinnan gunahdi.

    Cavab yaz
  • Anonim
    Zeynäb · 20 Mart 11:2640

    Super yazmisiz e. Amma garak o 60 yaşli nananin adin deyardiz. Bu bayram gunu indi gel fikirlaşde

    Cavab yaz
  • Anonim
    1988jale · 20 Mart 12:0120

    Salam Qardaşim bayraminiz mübarek.Yenede Hemişeki,kimi ela yazmisiniz.Ardı gelsin.Helelik gelen Bazar ertesine qeder ALLAH emanet olun.

    Cavab yaz
  • Anonim
    Gulsen · 20 Mart 12:1301

    Intiqam bey xais edirem o profil resminizi deyisin, artiq nece ildir o sekili goruruk gozumuz yoruldu

    Cavab yaz
  • Anonim
    Azəri qızı · 20 Mart 12:4116

    Suzin başqa probleninuz yoxdu?yaxşı edir görüşür...bəlkə xoşbəxtliyini onda tapıb?aylb olsun....şəxsi işidi..qarışmayın

    Cavab yaz
  • Anonim
    Gunay... · 20 Mart 13:1103

    Eziz dostum ve sevimli Turkan bacim.Seni Novruz Bayramini Tebrik edirem.Allahdan sene Xoşbext olmagni arzu edirem Turkan

    Cavab yaz
  • Anonim
    Elxan · 20 Mart 13:4020

    Mən də "Milli"ni və onun oxucularını Novruz bayramı,Bahar bayramı münasibəti ilə təbrik edirəm və hər birinizə uzun ömür,can sağlığı,xoşbəxt həyat arzulayıram.Arzu edirəm həyatın gözəlliyini övladlarınızla,nəvələrinizlə,bütün əzizlərinizlə birlikdə dadasınız,BAYRAMINIZ MÜBARƏK!!!

    Cavab yaz
    • Anonim
      Elxan-a · 20 Mart 13:5110

      Cox sagol Elxan bey.Mende sizin bayraminizi tebrik edirem.

      Cavab yaz
  • Anonim
    Sv · 20 Mart 13:5120

    Bayraminiz mubarek Allah herkese bol ruzi sag can versin Insallah.ama bir xeber maraqli qaldiki goresen altmis yasli emekdar artist kimdi :))))))))

    Cavab yaz
    • Anonim
      wirin · 20 Mart 14:1110

      Genc sevgilisi olan ozu yawli olan emekdar artisti bilirem) ayib cox ayib hemde neveside var

      Cavab yaz
  • Anonim
    sss · 20 Mart 14:3012

    Milletinizi sevin paxil olmayin bu qeder.

    Cavab yaz
  • Anonim
    Elxan · 20 Mart 14:3810

    Çox sağ ol,əzizim!!!Sən hər dəfə məni xüsusi olaraq salamlayırsan,buna görə sənə təşəkkür edirəm!!!

    Cavab yaz
  • Anonim
    leyla · 20 Mart 15:0620

    Intiqam Allah balani saxlasin. Sensiz by medianin bir gunu olmasin

    Cavab yaz
  • Anonim
    Ahu · 20 Mart 15:1620

    Cox gözel yazmsnız ele hamsın yaxşıca yerinde oturtmusnuz cox maraqlı idi cox sağ olun İntiqam bey var olun halaldı

    Cavab yaz
  • Anonim
    Elxan-a · 20 Mart 15:4810

    Elxan qardaşim mende seni bir ezizim kimi Cox istiyirem.Sen cox terbiyyeli insansan.Her zaman bele ol.Ugur seninle olsun Elxan

    Cavab yaz
  • Anonim
    Nayl · 20 Mart 16:0420

    Oxuduqlarim hansisa psixiatriya xesdexanasinda baw vermiw hadiselerdi elebil.tewekkurler Intiqam qardaw ama bu mugenniler kim olduqlarin unudurlar iwleri sadece insanlari eylendirmekdi ve sizin peweden daha werefli oldugunu duwunmurem.en savadsiz jurnalist bele 4il tehsil alir.yeni muqayise mumkun deyil.bayraminizda mubarek

    Cavab yaz
  • Anonim
    ..... · 20 Mart 17:2910

    Derinnen yazmaga ele bil curet etmirsiz.niye?

    Cavab yaz
  • Anonim
    Molla · 20 Mart 17:4820

    Ay oldu gumaktan. Tarana QUMRAL aya duz adamdirsa o lute sakillar onda na gazir

    Cavab yaz
  • Anonim
    XANIM · 20 Mart 19:2900

    ELLERINIZE SAGLIQ INTIQAM BEY ELA ELA ELA!!!

    Cavab yaz
  • Anonim
    Elxan · 20 Mart 20:3700

    Hər şey qarşılıqlıdır!!!Təəssüf ki,sənin burda hansı nikle yazdığını bilmirem).Amma fərq etməz,özünə yaxşı bax,gözəl istirahətlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.