Şou-biznes

720 manata alça alan Təranə Qumralın əmlakına həbs qoyula bilər

17 Mart 2017 12:42
24 Şərh     Baxış: 10 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nərimanov rayon icra şöbəsi 4 aydır hüquqlarını müdafiə etdiyim müğənni Nazənin və həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumral adlı müğənniyə qarşı mənəvi təzminatın ödənilməsinə dair (3500 manat mənəvi təzminatın ödənilməsi və Təranə Qumralın hüquqlarını müdafiə etdiyim şəxslərdən üzür istəməsi) məhkəmə qətnaməsini icra etmir. Təranə Qumral dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır".

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bunu müğənni Nazəninin vəkili Adəm Məmmədov bildirib:

"Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlayıb. Əgər borclu Təranə Qumral belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var.

Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.