Şou-biznes

"Zerin Özerlə arada mesajlaşırıq" - Samir Piriyev - VİDEO - FOTO

16 Mart 2017 11:29
2 Şərh     Baxış: 1 289

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Samir Piriyev olub.

Milli.Az xəbər verir ki, ifaçının etiraf etdiyi sözlərdən belə aydın oldu ki, artıq şou-biznesin dadlı-duzlu yeməkləri onları daha feyziyab edəcək gücdə deyil:

"Artıq insanlar da başqa şey istəyirlər. Boş-boş çıxıb özünü göstərmək lazım deyil. Adətən əvvəllər yeni mahnı olanda təqdimat edirdim. İndi onu da etmirəm. Ayda 1-2 mahnı oxuyuram, onu da səhifəmizdə paylaşırıq. Bəyənən, bəyənəcək, bəyənməyənin də ki, Allah canına sağlıq versin".

Xalq artisti Brilliant Dadaşova ilə duet oxuyan Samir müğənnilərin əksəriyyətinin düşüncəsində olan bazar iqtisadiyyatını da ölçüb-biçib:

"Xalq artisti Brilliant Dadaşova ilə yeni bir duetimiz var. Bu duet yalnız sənət baxımından yox, həm də bazar iqtisadiyyatı düşünülərək, hazırlanıb. Çox gözəl və effektli bir iş olmalıdır".

Novruz bayramı ərəfəsində Moskvada konsert verməyə hazırlaşan müğənni bəzi həmkarlarından fərqli olaraq, nə necədirsə, şişirtmədən bizimlə bölüşdü:

"Konsert Novruz ərəfəsinə təsadüf edəcək. Moskvadakı həmvətlərimiz üçün nəzərdə tutulub. Mənə zəng etdilər ki, sorğu keçirdik və sizin konsert verməyinizi qərarlaşdırdıq.

Belə konsertləri şişirtməyin mənası yoxdur. Müğənnisənsə, konsert vermək sənin borcundur. Mən hər şeyi öz vicdanımla sorğu-sual edən adamam. Vicdanla sorğu-sual olanda mən özümə əziyyət verməmək üçün həqiqəti söyləyirəm".

Bir vaxtlar aralarından su keçməyən Samir Piriyev və türkiyəli sənətçi Zerrin Özerin indi qarşısından qara pişik keçid, deyəsən:

"O, tək həyat sürür deyə onun həyatı başqalarından fərqlidir. Belə sənətkarların həyatı fərqli olur. O, rejimsiz bir həyat sürdüyü üçün təzyiqi, şəkəri var. Ara-sıra mesajlaşırıq. Ancaq əvvəlki kimi münasibət yoxdur. Hərənin başı özünə qarışıb. Yalandan deyim ki, gündə bir-birimizlə danışrıq. Bu, yalan olar".

Şou-biznes nümayəndələri arasında bu gün küsüb, sabah barışmaq dəb halını alsa da, Samir Piriyev hələlik heç kimlə qanlı-bıçaqlı deyil. Bunun isə öz sirri var:

"Kimlərinsə kiminləsə ədavəti ola bilər. Ancaq mən yeganə insanam ki, heç kimlə problemim yoxdur. Kimsə problem yaratmaq istəyirsə, mən o ocağa su tökən biriyəm. Mən səhv edəndə üzr istəməyi bacaran adamam. Kimsə mənə pislik edirsə, üzümü çevirib gedirəm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Men · 16 Mart 11:4830

    Heç xoşlamıram seni ,çünki ıkıncı toyunda sankı qızına ve anasına acıq vermek ücün atdanıb düşürdün o vAxtan bir defede olsun bunu dinlememişem!evlenmek ayıb deyıl amma o qız uşagı Mektebde sene göre utanacaq birayın içinde hem boşandin hemde evlendin

    Cavab yaz
  • Anonim
    Em · 16 Mart 15:4120

    Senin mahnllarlna ümumiyətlə qulaq asmlram birdenede olsun papulyar mahnln yoxdu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.