Şou-biznes

"Sevdiyim xanım evləndikdən sonra mənimlə görüşmək istədi" - Rəhim Rəhimli - VİDEO - FOTO

15 Mart 2017 11:43
14 Şərh     Baxış: 6 983

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı daima pozitivliyi ilə seçilən müğənni Rəhim Rəhimli olub.

Milli.Az xəbər verir ki, hər zaman konsertlərində qeyri-adi və eksklüziv nələrsə baş verən müğənnini bu dəfə də ənənələrə sadiq qalıb:

"Mahnı ifa edərkən təşkilatçı mənə işarə etdi və mən həmin dəqiqə anladım ki, burada nə isə bir sürpriz olacaq. Tariyel adında bir oğlan yaxınlaşdı. Çox gənc görünürdü. 23-24 yaşı olardı. Dedi ki, mən evlilik təklifi etmək istəyirəm. Xanım da bundan təsirləndi. Gözləri yaşardı. Mən də kövrəldim. Belə hadisələrin olması, xüsusilə də bizim konsertimizdə xoşdur".

Hədiyyə verməyi həddən artıq çox sevən Rəhim illər öncə hədiyyə etdiyi üzüyü üzərindən uzun müddət keçməsinə baxmayaraq, hələ də özündə saxlayan süfrəçini xatırlayıb:

"Mən hədiyyə verməyi çox sevirəm. Bu yaxınlarda Aygün xanımla bir məkana getmişdim. Bizə qulluq edən "ofisiantın" barmağında üzük gördüm. Dedim ki, barmağınızda nə gözəl üzük var. Mənə söylədi ki, bunu illər öncə mənə çox gözəl bir insan bağışlayıb. Aygün xanım soruşdu ki, kim bağışlayıb. Dedi Rəhim Rəhimli. 8 il öncə Rəhim Rəhimli əvvəllər çalışdığım bir məkana gəlmişdi. Orada üzüyü mənə hədiyyə etdi. O gündən bu üzüyü barmağımdan çıxarmıram. İllər keçəndən sonra sən bunu görürsən və xoşbəxt olursan". 

Rəhim Rəhimli daşı ətəyindən töküb illər öncə Türkiyədə yaşayarkən sevgi münasibətində olduğu xanıma evlilik təklifi edibmiş. Bu sevginin nə ilə nəticələndiyini müğənni eksklüziv olaraq bölüşüb:

"O zaman Türkiyədə yaşadığım illər idi. Türk bir xanım idi. O zaman tanış olduq, münasibətimiz yarandı və həmin vaxt mən evlilik təklifi etmişdim. Razılıq da olmuşdu. Ancaq bir müddət keçdikdən sonra bizim bir-birimiz üçün yaranmadığımız bəlli oldu və ayrıldıq. Bu, təsadüf edir 2002-ci ilə".

Həmin hadisələri ətraflı xatırlamaq istəməyən superstar o illəri bir daha yada salmağın onu kövrəldəcəyini dilə gətirib:

"Bu, mənim özəlimdir. Yaşanıb və bitib. Bunun təkrar xatırlanması məni kövrəldər, incidər. Ötən müddət ərzində onu görməmişəm. Yalnız telefon bağlantısı olub. Bizim bir ortaq tanışımız var idi. Bir gün həmin tanışıma mesaj gəldi. Dedi ki, bu mesajı səninlə də bölüşmək istəyirəm. Soruşdum ki, nədir? Dedi xatırlayırsanmı? Bəlli oldu ki, həmin xanımdı. Dedi ki, onun övladı olub. Dedim ki, telefonunu ver söhbət edim. Bizim o zaman telefon bağlantımız oldu. Mən onu təbrik etdim. Dedi ki, bir gün görüşək. Mən istəmədim. O, artıq ailəlidir, övladı var".

Dəfələrlə konsert verib səhnələri yandırıb-yaxan Rəhim bu qədər izdihamın, səs-küyün əhatəsində olduğu mühitdən zövq aldığı halda körpə uşaq səsinə qətiyyən dözə bilmədiyini söyləyib:

"Bir yaş keçəndən sonra o zaman uşaq mənim üçün bir şəkərbura, qoğal olur. O zaman sevməyə başlayıram. İnsan var ki, dostunun övladını görəndə də qucağına alır, əzizləyir. Ancaq məndə belə xasiyyət yoxdu. Körpə uşaq səsi, filan. Nə bilim. Mən hesab verməyən insanam. Ona görə hər zaman ailə olacaq, vay, hesab soracaq, vay, gecə saat necədir, vay, bu nə zəngdir, vay. Bu, məni qorxudur".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate:12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Xumas · 15 Mart 11:4923

    Super bestekar ve muqenni, gozel insan

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 15 Mart 11:5220

    Duz elemisiz, Seytana lenet.

    Cavab yaz
    • Anonim
      esraya · 15 Mart 17:3201

      sen meslehetine cox ehtiyaci variydi.cox sagol e

      Cavab yaz
  • Anonim
    Asss · 15 Mart 11:5501

    Eziz ve wiltaq Rehim. Inanki iller kececrk qocalassan trk qalib imeyliyen vaxtlarunda pewman olassan bu dedikleruve. Aile ovlad bunlarra sahiblenmek bir omur beraber yurumek bawqa hislerdu.tebiki senetcilere xas olmuyan. Kimi atasiz uwaq getirir dunyaya kimidi evler yixir..bax oz axirlari olur tufeyli heyat terzi axirda da bagli qapilar arxasinda olur tek..yada illerce qazandigi mulku usde hay wuven qopur boluwdurmeye. Bax duwun sora gec olacaq.aygune qulag asma ))

    Cavab yaz
  • Anonim
    AA · 15 Mart 12:0130

    Allah bütün evlerden sizin isdemediyiniz uşax sesinin gelmeyini nesib etsin . men illerle bunun arzusuyla yaşamışam olmuyanları yaxşı başa düşürem Allah bütün arzusunda olanlara qismet etsin inşAllah

    Cavab yaz
    • Anonim
      AA ya · 15 Mart 12:1110

      Xanim Allah boyukdu.Eger uşagin varsa Allah saxlasin.Yoxdusa tezlikle sevinesen.

      Cavab yaz
  • Anonim
    AA · 15 Mart 12:4400

    12.11 çox sağolun Allah hamıya qismet elesin menimde 7 aylıx şirin oğlum var Allah bütün balaları saxlasın menimde balam onların içinde

    Cavab yaz
    • Anonim
      AA ya · 15 Mart 13:2610

      Ay maşallah .Allah saxlasin.Allah o gozel baladan menede qismet elesin

      Cavab yaz
      • Anonim
        AA · 15 Mart 13:3400

        amin inşallah Allah bu eziz günlerde duamızı geri çevirmez sizi sevindirer

        Cavab yaz
  • Anonim
    Aydlndl · 15 Mart 12:5301

    Bunlarln bele danlwmaglna baxmayln.Bele tip insanlarln xesteliyi olur yazsam verilmeyecek

    Cavab yaz
  • Anonim
    AA ya · 15 Mart 13:4900

    Allah komeyin olsun bacim.Aile qurandan sonra inşallah Allah menede qismet eder.AA Allah komeyin olsun.Xoşbext ol gozel insan !!

    Cavab yaz
    • Anonim
      AA · 15 Mart 14:4000

      çox sağolun Allah razı olsun

      Cavab yaz
  • Anonim
    men · 15 Mart 14:5720

    rehim rehimli senin sesinden, mahnilarindan korpe uwagin aglayan daha qewengdir!

    Cavab yaz
  • Anonim
    Erkek · 16 Mart 09:0600

    Gop da olsa maraqlidir Rehim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.