Şou-biznes

"8 ildir ki, gecə həyatım yoxdur" - Zamiq - VİDEO - FOTO

14 Mart 2017 15:19
5 Şərh     Baxış: 2 187

Milli.Az xəbər verir ki, "ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Zamiq Hüseynov olub.

- Zamiq, hər zaman yaşlı nəsil gənc nəslin bostanına daş yağdırmaqdan oranı tikinti sahəsinə çevirib. Bəs, sən nə vaxtsa, bu qınaq atəşinə məruz qalmısanmı?

- Baxmıram , eşitmirəm. Mən ağıllı insanam. Mən hər addımımın cavabını bilirəm. Hər addımımı iki gün öncədən fikirləşirəm. Geyimimi də, danışığımı da. Zamiq öz yaşayışını bilən insandır. Nə yeyib nə içdiyini bilən insandır. Bu, dünən, bu gün yaranmayıb ki. Bu, illərdir, belədir.

- Zamiq, yavaş-yavaş, təmkinlə danışmağın, yəqin, onun üçündür ki, yüz ölçüb bir biçib sonra kəlməni kiməsə ötürürsən.

- Mütləq. Bura gələndə bilmirik ki, nə danışacağıq. Hər zaman fikirləşirəm ki, bir balaca da olsa, heç kimin xətrinə dəyməyim. Səbrim tükənəndə çox pis olur. Mən öz ətrafıma da deyirəm ki, ən son nöqtəyə kimi səbrli olmalıyıq.

Sevginin olub-olmadığını hələ özü üçün də müəyyənləşdirməyən ifaçının ətrafında xoşuna gələn insanlar olsa da, hələlik sevgili deyə biləcəyi bir adam yoxdur.

"Sevgi elə bir şey deyil ki, ömürlük olsun. İnsanıq sevirik, olmur, yenidən sevirik, olacaq yenidən sevəcəyik. Bu, elə bu cür olur da. Xoşuma gələn insan var. Ancaq tam o sevgini hiss etmirəm. Hiss edəndə elan eləyəcəm", -  müğənni bildirib.

Gecə həyatını artıq illər öncə geridə qoyub möhkəm-möhkəm zəncirləyən Zamiqin özü üçün təyin etdiyi qaydalar varıymış:

"Mən hamı ilə ünsiyyətdə ola bilmirəm, çox adam görmürəm. Tədbirlərə, məclislərə gedirəm, mən adam görmürəm. İşim ancaq oxumaqdı. Başım musiqiyə qarışır. Mən klublara, kütləvi yerlərə getmirəm. 8 ildir ki, gecə həyatım yoxdur. Ola bilsin ki, hansısa tədbir olsun, ordan evə gec gəlim, ancaq gedim gecələr oturum, səhərə qədər vaxtımı orda keçirim. Uşaqlıq idi o. İndi idman, öz musiqimiz, ev və işdir mənim üçün".

Albom üzərində işləyən müğənni yaxın zamanda klip təqdimatı edəcəyini söyləsə də, bu haqda hələlik heç nə demədi:

"Klipdən danışmaq istəmirəm. Çünki bir dostum var, onun sərgisində olacaq təqdimat. İstəyirəm ki, ilk orada olsun, sonra təqdim edək. Albom üzərində isə işlər davam edir. Artıq mahnılarımız, fotosessiyamız da hazırdır. Sadəcə, bir o qalıb ki, çap olunsun".

Nə deyirik, ay Zamiq, sevgi və yaradıcılıq yolunda uğurların bol olsun.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"8 ildir ki, gecə həyatım yoxdur" - Zamiq

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Lezgi qızı · 14 Mart 15:5636

    Mınim bundan xuşu gələvar can.Yaxşi uğlandu

    Cavab yaz
    • Anonim
      Lezgi qizin aa · 14 Mart 16:5700

      Canim lezgi qizi .necesen.Lezgilere ateşli salamlar

      Cavab yaz
  • Anonim
    Nardawa · 14 Mart 16:5300

    Burada esas faktor arvaddir mence...

    Cavab yaz
  • Anonim
    Murad · 14 Mart 18:0400

    Zamiq qardaşım mende senin kimi gencem mende indiye kimi gece heyatı yaşamamışam sevdiyim şexsde yoxdu ancaq gündüzler dostlarla kafelerde oturub istirahet edirik ama men nedense Zamiqin verdiyi müsahibenin semimiyyetine inanmadım

    Cavab yaz
    • Anonim
      Balakenli · 15 Mart 09:3210

      Men semimiyyetine inandim cunki Zamiq sakit tebietli birisidi ozune cox qapali insandi adice verlislere gelendede aciq aydin gorunur basqalari kimi sit sit hereketi yox atdanib dusen deyil agayana oglandi esil kisi kimi kisidi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.