Şou-biznes

Naz Əlini geri qaytarmaq üçün bunu da etdi - VİDEO

25 Fevral 2017 14:34
45 Şərh     Baxış: 9 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivac verilişinə qatılan gəlin namizəd Naz Mila ilə Əli Əkbər arasındakı qalmaqal bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl Naz Əlidən ayrılmasına peşman olduğunu deyərək ondan daha bir şans istəyib.

Naz Əlini yenidən geri qaytarmaq üçün canlı yayıma Azərbaycanın milli rəqsi olan "Naz eləmə" ilə oynaya-oynaya çıxıb. Daha sonra Əlini də rəqsə qaldıran Naz bu dəfə də istəyinə nail ola bilməyib. 

Əli Nazın bu hərəkətlərinin sanki kiminləsə mərc edərək onu geri qaytarmasına çalışdığını və ona ciddi yanaşmadığını deyib:

"Bu qızın nələr etmək istədiyini mən gözəl anlayıram. O sadəcə oyun oynayır. Düzdür, geyindiyi libas çox gözəldir, rəqsi də xoşuma gəldi. Amma mən ona inanmıram. Bilirəm ki, ilk gün yaşadıqlarımız yenidən baş verəcək. Artıq Naza heç bir güvənim qalmayıb.

Daha sonra azərbaycanlı gənc studiyanı tərk edib.

Naz isə Əlinin bu hərəkətinin ona qarşı hörmətsizlik olduğunu vurğulayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Naz Əlini geri qaytarmaq üçün bunu da etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.