Şou-biznes

"Onlarla mübarizə aparıram" - İlhamə Quliyevanın oğlu - FOTO

24 Fevral 2017 15:59
12 Şərh     Baxış: 5 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anasızlıq mənim üçün çox çətindir. Allah heç kəsə qismət etməsin. Məni ancaq valideynini itirən başa düşə bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov deyib. 

Anasının ölüm ildönümü ilə bağlı yas mərasimi verən Orxan ifaçının bacıları ilə aralarındakı narazıçılıqlardan danışıb:

"Hələ də xoşagəlməz hallar yaşanır. Səbrim var, hələ dözürəm. Narahatçılığım yoxdur, məni heç kim narahat etmir. Qıcıqlandırırlar, hamının gördüyü kimi bununla da mübarizə aparıram. Əvvəldən necə yası mən verdimsə, ildönümünü də elə etdim. Mənim yas verməyim qeyri-adi bir şey deyil".

"Niyə İlhamə Quliyevanın bacıları ilə birləşib, bir məclis etmədiniz" sualına O.Nadirov belə cavab verib: 

"Bacılar mənimlə bir araya gələrdilər, bir yas verərdik. Gah deyirlər 40 gün yasın pulunu dövlət ödədi, gah da məni şou yaratmaqda ittiham etdilər. Dövlət anamın məzar daşını düzəltdirdi, buna görə də onlara minnətdaram. Yerdə qalan məclisi mən vermişəm, heç kim pul ödəməyib".
 
Orxan İ.Quliyevanın bacılarının sabah verəcəyi il mərasiminə qatılmayacağını söyləyib:

"Məni çağırmadıqları yerə getməyəcəm. Bu gündən sonra beş yas versinlər. Ehsan süfrəsidir, heç kim buna qadağa qoya bilməz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.