Şou-biznes

Röya yeni işləri ilə gəlir

24 Fevral 2017 15:16
11 Şərh     Baxış: 2 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Röyanın bu ilə planlaşdırdığı proyektlər məlum olub.

Milli.Az Live.az-a istinadən xəbər verir ki, şou-biznesimizin ən parlaq ulduzlarından olan Röya, bu il ən azı iki mahnısına klip çəkdirəcək. 

Populyar ulduz klipinin birini Azərbaycan üçün, birini isə Türkiyə üçün hazırlayır.

Azərbaycan tamaşıçısı üçün keçən il konserti zamanı təqdim etdiyi "Qadın" mahnısına klip çəkiləcək. 

Türkiyə üçün çəkdirəcək klipi hansı mahnı üçün olduğu bilinməsə də klip Avropada lentə alınacaq.

Klip çəkimində isə Soner Sarikabadayı iştirak edəcək və müğənni ilə Belçikaya yollanacaq.

Həmçinin Röya Ayxan və Nigar Camal münasib mahnı tapsalar, bu il onlar birgə duet mahnı təqdim edəcəklər.

Xatırladaq ki, Röya martda Rusiyanın paytaxtı Moskvada konsert proqramı ilə çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.