Şou-biznes

"5 manat pul verib məndən 115 manatlıq iş istəyirlər" - FOTO

23 Fevral 2017 15:00
2 Şərh     Baxış: 2 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox film təklifləri alıram. Amma onların təklif etdikləri qonorarla məndən istədikləri vaxt bir-biri ilə uyğun gəlmir. 5 manat pul verib, məndən 115 manatlıq iş istəyirlər. Bizdə də bu sahə başqa ölkələrdəki kimi olmalıdır. Görülən işin haqqı ödənilməlidir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında müğənni-bəstəkar Murad Arif deyib. 

O, ifaçılara verilən qonorardan şikayətlənib. M.Arif bildirib ki, filmə çəkilmək təklifləri alsa da verilən qonorar onu qane etmir:

"150 min manat kredit götürüb super bir konsert təşkil edə bilərəm. Buna görə xarici ölkələrdən peşəkar rəqqaslar çağırıb, məkan kirayələyib, işıq, səs effektlərinə külli miqdarda maliyyə ayırdıqdan sonra da açıq qapı etmək nəsə düz gəlmir. 

Hər işdə müəyyən qədər maliyyə məqsədi olmalıdır. Mən ziyana işləmək istəmirəm. Buna görə də bir filmə çəkilmək üçün yaxşı qonorar olmalıdır ki, ora vaxt sərf edim. Mən şəxsi həyatımı, toylarımı, verilişimi, studiya işlərimi bir kənara qoyub, aşağı qonorarla bir filmə çəkilə bilmərəm. Pul versinlər ki, çəkilim".

M.Arif etdiyi xeyriyyə işlərindən də söz açıb:

"Tək əldən səs çıxmır. Mən ideya "generator"uyam, bu ideyalardan bəhrələnmək isə "prodakşn"ların, telekanalların ixtiyarına qalır. Sosial layihələrə hər zaman açığam. Təki kimsə gəlsin, əməkdaşlıq edək. 

Belə şeyləri açıqlamaq çirkinlikdir. Amma onu deyə bilərəm ki, hər bir konsertimdən, layihəmdən, irili-xırdalı, fərqi yoxdur, bütün gəlirimdən, aldığım maaşdan belə xeyriyyə fondları üçün vəsait ayrıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.