Şou-biznes

Mustafa Ceceli: "Miri Yusif Röya ilə yox, İremlə oxuyacaq" - VİDEO - FOTO

22 Fevral 2017 18:05
7 Şərh     Baxış: 3 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Türk şou-maqazin" verilişinin qonağı olan İrem Derici Mustafa Ceceli maraqlı açıqlamalar veriblər.

Milli.Az xəbər verir ki, İrəm Derici Sevgililər gününü Bakıda keçirməli olsa da, baş tutmayıb: 

"Ehtimal var idi ki, Bakıya gəlim. Amma alınmadı. Bakıya 2-3 dəfə gəlmişəm. Azərbaycan xalqını çox sevirəm. Bakının memarlıq abidələri, tarixi yerləri diqqətimi çox çəkir. Alov qüllələrinə isə söz yox. Orada da küçədə gəzərkən vətənimdə necə diqqət görürəmsə, eynisini edirlər. Çox darıxıram Bakı üçün". 

Mustafa Ceceli də tez-tez Bakıya gəlməsindən və xalq artisti Aygün Kazımova ilə yarımçıq qalmış layihəsindən söz açıb: 

"Aygünün mahnısını tamamlamağı çox istəyirik. Heç cür bir araya gələ bilmədik. Layihələrimiz üst-üstə düşmədi. Zaman-zaman Bakıya gəlirəm. Orada çox dostlarım var. Bakıya ən son toy üçün gəlmişdim. İremin albomunda Miri Yusiflə duetləri olacaq. Onun Röya ilə oxuduğu "Bir dənədir" mahnısını İremlə oxuyacaq və Röyanı İrem əvəz edəcək. Yaza doğru çəkilişlər başlayacaq".

Mustafa Ceceli daha sonra yeni planlardan bəhs edib: ""Zincirimi kırdı aşk" adlı mahnımıza klip çəkəcəyik. Prodüserim dedi ki, bu mahnı Youtube-da çox dinlənilib, buna klip çəkək, klipi də Yaponiyada çəkək. Bilmirəm zarafat edirdi, ya yox. Bir gün İnstaqram-dan yer bildirimi olaraq Yaponiyanı göstərsəm, şoka düşməyin".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mustafa Ceceli:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.