Şou-biznes

"Ukraynanın səsi"ndə məşhurlaşan azərbaycanlı çilingər ilk dəfə canlı efirdə - VİDEO - FOTO

22 Fevral 2017 14:07
4 Şərh     Baxış: 8 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər TV-nin efirində hər həftənin şənbə və bazar günləri yayımlanan "Oyan, Azərbaycan" verilişi bu həftə də musiqili qonaqları ilə diqqət mərkəzində olub.

Şənbə günü tezdən oyananları ilk olaraq sevimli ifaları ilə müğənni Azad Şabanov salamlayıb. Daha sonra isə Ukraynada keçirilən "Ukraynanın səsi" müsabiqəsinin azərbaycanlı iştirakçısı Cavid Məmmədov verilişin eksklüziv qonağı olub.

Cavid Məmmədov müsabiqədəki ifalarının yarışın münsif və iştirakçı heyəti ilə bərabər, həmyerlilərimiz tərəfindən də böyük marağa səbəb olduğunu bildirib. İfaçının fikirlərini o, efirdə olduğu müddətdə proqrama edilən çoxsaylı telefon zəngləri də təsdiqləyib. Belə ki, efirə qoşulan tamaşaçılar Cavidə dəstəklərini ifadə ediblər.

Ardınca aparıcı Firuzə Cəlilova Caviddən canlı ifa da istəyib.

"Oyan, Azərbaycan"ın qonaq kürsüsündə əyləşən daha 2 nəfər isə "myvideo" kanalının aparıcıları -Seyran Babayev və İsgəndər İbrahimov olub. Qeyd edək ki, "myvideo" kanalı ötən həftədən etibarən "Xəzər FM"in verilişlərini gündə 3 dəfə yayımlamağa başlayıb.

Səhər proqramı hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən maraqlı reportaj və videomaterialları tamaşaçılarına təqdim etməkdə davam edir. Bu dəfə "Meqapolis" rubrikasında cəmiyyətdə kifayət qədər alıcısı olan göz linzalarının zərərindən bəhs olunub. "Qadın nə istəyir?" rubrikası yenə də öz missiyasına sadiq qalıb.

Onlarla mahnının sözlərinin və eləcə də yüzlərlə şeirin müəllifi olan şair Vahid Əziz isə öz "Uğur düsturu"ndan danışarkən maraqlı açıqlamalar verib. 30 ilə yaxın yaradıcılıqdan uzaq düşən şair yazdığı şeirlərə bəstələnən mahnıları kimin daha yaxşı ifa etdiyindən danışmaqla bərabər, gileyləndiyi məqamları da dilə gətirib: "Mənə nəğməkar şair deyiləndə ürəyim qırılır, inciyirəm".

Sevilən müğənni Samir Piriyev isə verilişin bazar buraxılışını izləyənləri sevindirib. Televiziyanın efirində yayımlanan "Cehizsiz gəlinlər" serialının tanınan aktyorları Elnur Kərimov və Günay Əhməd də aparıcı Firanın sual və tapmaca "atəş"inə tuş gəliblər.

Verilişin 3-cü saatında isə Fira yalan üzrə ekspert Təbriz Hacıyevlə həmsöhbət olub. Qonağa suallar yağdıran aparıcı daha sonra özü ekspertin sınayıcı suallarına cavab vermək məcburiyyətində qalıb.

Qeyd edək ki, bir-birindən maraqlı və rəngarəng 20-dən çox rubrika ilə tamaşaçı rəğbəti qazanan verilişdə tamaşaçıları maarifləndirmək əsas prioritet seçilib.

Trend.az, Day.az, Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Group-a aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Эксперт по выявлению лжи, участник

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.