Şou-biznes

Namiqdən: "Onlara baxanda ətim tökülür"

22 Fevral 2017 13:22
5 Şərh     Baxış: 2 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Namiq Qaraçuxurlu "Lider TV"nin Su çərşənbəsi ilə əlaqədar keçirdiyi konsert proqramında iştirak edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Soyuqdur" mahnısına çəkdirdiyi klipin aqibətindən danışıb:

"Klip çəkilişləri yekunlaşıb. Montaj işləri gedir. Yəqin ki, fevralın sonuna hazır olacaq. Bu klipə başlayandan ailəm yanımda olub. Onların dəstəyini hər zaman üzərimdə hiss etmişəm. Taşa adlı qızla çəkilmişəm. Buna görə onun ailəsində problem olub-olmadığını deyə bilmərəm. Amma belə bir şey olsaydı, yəqin ki, xəbərim olardı. Biz bu işə bir peşəkar kimi yanaşmışıq".

İfaçı həmçinin meyxana deyişmələrinə də münasibət bildirib:

"Yaxşı deyişmələr var. Arada söyüş də işlədilir, amma bunu tənqid etmək də olmaz. Çünki meyxanada bəzən bu tələb olunur. Elə yer var ki, işlədilməlidir. Amma məkandan da çox şey asılıdır. Mənim bir şey xoşuma gəlmir. Axır vaxtlar müəyyən mahnılar üzərində deyişirlər. Mən bunun əleyhinəyəm. Bəziləri uğurlu alınsa da, çoxu uğursuz alınır. Elələrinə baxanda ətim tökülür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.