Şou-biznes

"14-15 yaşımda qadınların toyuna gedirdim" - Əməkdar artist - VİDEO - FOTO

21 Fevral 2017 16:46
7 Şərh     Baxış: 5 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

Milli.Az xəbər verir ki, maraqlı açıqlamalar verən əməkdar artist ilk olaraq sənəti barəsində söz açıb:

"Müəllim ailəsində doğulmuşam. Atam direktor idi. Məktəbin radio qovşağı var idi, fasilələrdə orada musiqi səsləndirirdim. Məktəbdə hamıdan seçilirdim. Rayonda tar məktəbi açılanda ilk qəbul olanlardan biri də mən olmuşam. 7-8-ci sinifdə oxuyanda kənddə qadınların toyuna gedirdim. İlk dəfə o vaxt əlimə pul gəldi, 14-15 yaşım olardı. Qazandığım pul da atama böyük dayaq olurdu. Kənddə yavaş-yavaş tanınmağa başladım. Rayon mərkəzində bir müsabiqə keçirilirdi. Gedib iştirak edib qayıtdım. Qayıdandan sonra kəndimizin mədəniyyət evində tədbirlər keçirməyə başladım. Bakıdan mötəbər şəxs kəndimizə gəlmişdi. Mən də uzun zaman idi məşq edirdim. Mənim orada oxuduğum mahnı o qədər maraqla qarşılandı ki, hər kəs əl çaldı. İkinci dəfə oxudum. Bir günün içində hər kəs məni tanıdı".

Daha sonra sənətçinin yaxın dostlarından olan İttifaq Ağakişiyev Baloğlan Əşrəfov barəsində fikirlərini səsləndirib:

İttifaq Ağakişiyev (Baloğlan Əşrəfovun dostu): "Onunla bir yerdə böyümüşük. Onu el şənliklərinə mən aparırdım. Bəzi mahnılar vardı ki, toyda birlikdə oxuyardıq. O, ara mahnılarını oxumazdı. Əgər tələb çox olardısa, həmin mahnının sözlərini 90% dəyişərdi. Onun söz ehtiyatı çox idi. Bir də görürdün ki, toyun ortasında nəsə xırda bir şey yazırdı, bizə verərdi, hamı oxuyub gülərdi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.