Şou-biznes

Etibar Hüseynov: "Ay Şahin, sən nə "yalançıymışsan!""

17 Fevral 2017 13:46
30 Şərh     Baxış: 21 262

Milli.Az azxeber.az-a istinadla Etibar Hüseynovun yazısını təqdim edir:

Xəstəxanalara qarşı bir antipatiya, fobiyam var sanki... Çünki hər iki valideynim uzun müddət xəstəxanalarda yatıb. Yadıma düşəndə indi də ətim ürpənir - o yemək və dərman qoxulu yarıqaranlıq dəhlizlər və palatalar, arxasıüstə uzanıb nəzərlərini tavana dikərək sonsuzluğa zilləyən ümidsiz xəstə baxışları, xəstə yaxınlarının yaşlı gözləri, pıçıltılı duaları və xəstəxanaların adamın ürəyni məngənə kimi sıxan qaramat aurası. Ona görə də hətta ən yaxın adamlarımı da müxtəlif bəhanələrlə xəstəxanada ziyarət etməkdən yayınıram, məndən nə qədər inciyən olsa belə. Bu səbəbdən də Şahinlə də elə ilk gündən ya telefonla danışır, ya da Facebookda yazışırdıq. Bir gün zəng edib: "Etibar müəllim, vacib işim var sizinlə. İmkan varsa, görüşək", - dedi. Şəhərdə çay süfrəsi arxasında görüşdük. Aman Allah, indi də yadıma düşəndə dəhşətə gəlirəm. Adamın rəngi-ruhu, əti-qanı yerli-yerində, sapsağlam - mən də daxil olmaqla, ətrafdakılardan da gümrah. Amma gerçəkdə, di gəl ki, Əzrayılla çilingağac oynayır. EY HƏYAT, SƏN NƏ QƏRİBƏYMİŞSƏN.... Bir xeyli dərdləşdik Şahinlə. Sonra keçdi mətləbə:

- Bu müddət ərzində fikirləşməyə xeyli vaxtım olub. Bir ideyam var. İstəyirəm film çəkim. Süjet xətti belədir - bir nəfər gənc namusuna sataşdığına görə öz patronunu amansızcasına qətlə yetirir və ölüm hökmünə məhkum olunur. Türmədə bütün olub keçənlər kino lenti kimi gözünün onündən gəlib keçir. Paralel olaraq özünü ölümə hazırlayır. Bu ərəfədə Avropa Şurasına üzv olan Azərbaycanda ölüm hökmü ləğv edilir. Əzrayıla təslim olmağa köklənən gəncin düşüncə və həyata baxışları bir anın içərisində dəyişir və s.

Bütün bunları Şahin elə həvəslə danışırdı ki.. 
- Etibar müəllim, bilmirəm, nədənsə mənə elə gəlir ki, bu filmin ssenarisini sizdən yaxşı heç kim yaza bilməz. Orada bir epizodik deputat rolu da olacaq, sizi çəkməyi düşünürəm. Xahiş edirəm, etiraz etməyin.

"Yox, onun xərci var", - deyə zarafat etdim. Elə yerindəcə mən və görüşdə iştirak edən Asəf Quliyev bir sıra ideya və təkliflər söylədik. Ürəyincə oldu. Sevincindən az qala göylərə uçacaq kimi idi. "Nə olar, tez yazın da bütün bunları!" - dedi.

Ürəyimdən keçənləri dilimə gətirdim:

- Əziz qardaşım, nə desən, canla-başla qulluğunda hazıram. Amma bir şərtlə - Allahın köməkliyi ilə sağalıb gələrsən, ondan sonra. Çünki sən xəstə ikən mən fikrimi cəmləyib bunu yaza bilmərəm. Tam sağal, mən də dizimi yerə qoyub, gecəmi gündüzümə qatıb uzağı bircə aya ürəyin istəyən ssenarini qabağına qoyacağam, SÖZ!

Razılaşdıq. Bir qədər də söhbətləşəndən sonra ayrıldıq. Ayrılarkən: "Bəlkə, bir şəkil çəkib paylaşaq?" - dedi. "Qurban sənə, mən elə şeyləri xoşlamıram. Yəqin ki, müşahidə etmisən. İnşallah, tam sağal, qolboyun sarılıb çəkdirərik", - deyə etiraz etdim.

Beləcə ayrıldıq. İki gün sonrasa Şahinin vəziyyətinin yenidən ağırlaşıb komaya düşməsi xəbərini eşitdim. Bu günsə... Ey həyat, sən qəribə, ay Şahin sən nə "yalançıymışsan!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

30 Şərh:

  • Anonim
    $$$Yeraz · 17 Fevral 13:54100

    (((((COx heyf

    Cavab yaz
  • Anonim
    Emi · 17 Fevral 13:55121

    Ne etmek olar,heyat beledir,her deqiqenin oz hokmu var.Allah rehmet elesin,yoldasina sebr versin.

    Cavab yaz
  • Anonim
    222 · 17 Fevral 14:01170

    Yaxsi dost bu lahiyeni gerceklesdirer mence

    Cavab yaz
  • Anonim
    QQ · 17 Fevral 14:01191

    Sahin kimyaterapiyanin qurbani olub . Xerceng ise bele tez insani aparmir .Eti qani ustunde .Heyf .cavan insanlarin olumu menim ucun hemise agirdir .....

    Cavab yaz
  • Anonim
    Dostlara⊙|⊙ · 17 Fevral 14:0780

    Ölmək! О geniş körpüdən hər kəs keçəcəkdir, Bir badə ki, оndan bütün aləm içəcəkdir! Hər süslü çiçək sоnda saralmış quru yarpaq, İnsan da nədir? Əvvəli tоrpaq, sоnu tоrpaq! Aləm dоğacaq, dirçələcək, məhv оlacaqdır, Dünya bоş ikən əvvəli, həp bоş qalacaqdır. Bir tək səni məhv etmədi bu qanlı təbiət, Həp yоxluğa, həp heçliyə məhkum bəşəriyyət.!(ruhun şad olsun qardaşimiz)

    Cavab yaz
  • Anonim
    Adsizzzź · 17 Fevral 14:0950

    ((((((Allah rehmet etsin alin yazisi Allahin yazdigi

    Cavab yaz
  • Anonim
    susma · 17 Fevral 14:14170

    Şekil cekdirmemeyine peşman oldun hec olmasa?

    Cavab yaz
  • Anonim
    elnure · 17 Fevral 14:2681

    Cox pis oluram Cavan getdi .Allah rehmet etsin

    Cavab yaz
    • Anonim
      LEYLA yeraz · 17 Fevral 15:1991

      Heyf senden. Çox cavan idin. Sen ya$amaq ucun çirpinarken, ömür sene vefa etmedi. Bu dunyani, ailenden sevdiklerinden ovladlarindan doymadan ebedi terk etdin. Allah rehmet elesin sene..

      Cavab yaz
  • Anonim
    [[ · 17 Fevral 15:09131

    nese bu adamin ozune nelerdese hagg gazandirmagina inanmadim.daha cox ozunu fikirlewen adam tesiri bagiwladi.guya ki,bir wekil cekdirmekle ne olacagdi ki ve yaxud xestexanaya getseydi.xeste adamin gelbi cox kovrek olur adi weyden bele inciye bilir

    Cavab yaz
  • Anonim
    asi · 17 Fevral 15:2072

    Baxdıqca adamın ürəyi ağrıyır..Heyif cavan yaşda dünyasını dəyiçdi..Allah rəhmət eləsin.((.

    Cavab yaz
  • Anonim
    Sade_Oglanam · 17 Fevral 15:2872

    Allah rehmet elesun cavan cavan cavan canlar gedir

    Cavab yaz
  • Anonim
    . · 17 Fevral 15:40121

    bu yazilara dislike edenin bawina daw duwsun kulbawlar olmurler e

    Cavab yaz
  • Anonim
    cahan · 17 Fevral 16:14120

    Allah rehmet elesin.Rebbimbgunahlarini baqiwlasin.Amma yazini oxudum bir Az esebilewdim.xeste yanina getmir,xestexanada ureyi darixir.Yeqin kasib insanlara da komek etmirsiz ki Allah bele buyurub,o kasib olmalidi.shekil de cekdirmemisiz.senari de yazmamisiz,bes siz Yeqin ki bilirdiz,bu xestelik amansizdi.cani eridir ve aparir.hec olmasa umid vererdiz.ne ise.sizin sozler Kimi soyleyen cox insan gordumde...

    Cavab yaz
  • Anonim
    QQ · 17 Fevral 16:2560

    Beli yaxsi dos onun iline qeder bu senarini yazib ekranlasdirar.En azindan Sahinin ruhu sad olar Neeceki Kenan M.M..Husey

    Cavab yaz
  • Anonim
    Pakize · 17 Fevral 18:2220

    Heyf amansizdi heyat lazimsiz insanlar ucundu heyat!

    Cavab yaz
  • Anonim
    Pakize · 17 Fevral 18:2450

    Inandirici deyil bu musahibe laqeydsizlik

    Cavab yaz
  • Anonim
    NK · 17 Fevral 19:0540

    Allah rehmet etsin.Cooooox heyif

    Cavab yaz
  • Anonim
    Nərmin yeraz · 17 Fevral 19:0650

    Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Nigar · 17 Fevral 19:4550

    Allah rehmet elesin! Ruhu shad olsun! Dostlar sag olsun! Butun xestelere Allah shefa versin menim dostuma da, dost itirmek pis sheydir, Allah hec kese gostermesin!

    Cavab yaz
  • Anonim
    Sima · 17 Fevral 19:4700

    (((

    Cavab yaz
  • Anonim
    Vetenseverqiz · 17 Fevral 20:1570

    Etibar muellimi aparici olandan taniyiram.hormetimde olub.amma wekil movzusunda qelbini qirmisan etibar muellim.nedense bu hekayede sene qarwi antisimpatyam yarandi.heyf wahinden

    Cavab yaz
  • Anonim
    Sol-naz · 17 Fevral 20:3740

    Allah rehmet elesin,ona aid mevzuları oxuyanda çox pis oluram,yeri cenneti mekan olsun,amin

    Cavab yaz
  • Anonim
    Asi · 17 Fevral 21:0460

    Xerceng bele tezlikle onu aparmamali idi bu diaqnoz ona tezelide qoyulmuwdu bu xestelik ariqladir qurudur bew il erzinde heyatini Sona yetirir yegane beyin ve Mede xercengi alti ay ve bir il cekir qalan orqanlarda olan bedxasseli wiwler bew yeddi il arasi cekir sizi inandirim ki onu ximyaterapiyadan sonraki dehwetli aqrilar ki var ha xestenin yiyesinin raziliqi olanda aqir aqrikesiciler vurulur bax aqrikesiciler terapiyadan sonra can zeif duwduyune gore insani cox vaxt komaya sala bilir bir de ki her ximyaterapiyadan sonraki on bew gun erzinde tebii wireler quvvetli yemekler verdikde can duwmur bunu da ev weraitinde etmek lazimdir cox vaxt xeste yiyeleri bu yuku ustlerine goturmemek ucun xestesini xestaxanaya yerlewdirir neticesi de bele olur Xerceng""onsuz da can alir amma geci tezi var bir gun de xestenin heyatini uzatmaq boyuk fedakarliqdir teessuf ki ....

    Cavab yaz
    • Anonim
      Asiye: · 17 Fevral 23:4140

      Duz deyirsiz menim de qaynanam sud vezi xercenginden eziyyet cekirdi bew il erzinde 24ximyater. Kocuruldu biz terapiyadan sonra eve getdi rib qulluq edirdik novbeti terapiyaya aparanda hekim gozlerine inanmirdi eti qani cani ustunde kefi kok oz ayaqiynan Tehrana gedirdi.hekimin qoyduqu vaxtdan 4il cox yawadi.elbette ki baxmaq lazimdir xesteye,biz de qoya bilerdik son nefesine kimi xestexana guwelerine amma etmedik evde halal halal xowu olsun cennetlik olsun qulluqunda novbe ile durduq ki omrunu uzadaq bir gun de artiqdandir ki bu dunyada oz evinde gecelesin Allah Wahine de butun bu dunyadan kocenlere de rehmet etsin

      Cavab yaz
  • Anonim
    [[ · 17 Fevral 22:4441

    Asi ile tam raziyam duz deyir.yazig ele baximsizligdan bele tez getdi.tekce yadlar yox,hem de dogmalar da ona cox bigane olublar pafoslu sozler daniwmagla deyil ki.ona urekden yanan olmayib

    Cavab yaz
  • Anonim
    pis heyat · 17 Fevral 23:0130

    Ay ne pis oldum olubki? Allah rehmet elesin qanim dondu((((((

    Cavab yaz
  • Anonim
    Təhminə · 17 Fevral 23:2540

    Çox gözəl insan yaxşı insanlar tez köçür bu dünyadan allah yerini cənnət etsin allah sənə rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Hesret · 18 Fevral 17:2310

    Mene maraqlidi niye xarice aparmadilar bu yazigi.Tez rehmete getdi.Allah rehmet elesin.Axşam defnin izleyib o qeder agladim..Atam mede xercengidu Allaha şukur 9 ildi emeliuyat olub.

    Cavab yaz
  • Anonim
    adsız · 23 Fevral 00:0200

    Allah sene rehmət etsin yerin cennet oldun qardaşım

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.