Şou-biznes

Dilarə Əliyeva efirdə ağladı: "O mənim ürəyim, həyatımdır" - VİDEO - FOTO

17 Fevral 2017 12:34
7 Şərh     Baxış: 22 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Belə sözlər eşidəndə qəhərlənirəm"

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı əməkdar artist Dilarə Əliyeva olub.

Əməkdar artistin qardaşı Vüsal Murtuzəliyev bacısı barəsində xoş fikirlər səsləndirib:

Vüsal Murtuzəliyev: "Dilarə fərqlidir. Nəinki ailəmizin, nəslimizin və bütün tamaşaçıların sevimlisidir. Bu onun xasiyyətindən, sadəliyindən irəli gələn bir şeydir. İndi Dilarə mənə deyir ki, mənim 2 uşağım varsa, sən üçüncü övladımsan. Sənə həm qardaşım, həm övladım kimi baxıram. Gözlərində hələ uşağam. Mənə həm Dilarə, həm də Oqtay müəllim dəstək olublar. Əldə etdiklərimin hamısını onlara borcluyam. Ən çox sevdiyim rolu "Məhəllə"də Məhəbbət roludur".

Dilarə Əliyeva bu sözlərdən sonra göz yaşlarını saxlaya bilməyib:

"Vüsalı çox istəyirəm. Ana balasını istəyən kimi. Vüsal mənim ürəyimdir, həyatımdır. Onun sözlərini eşidəndə, belə danışığını duyanda qəlbim qəhərləndi. Belə gün yaşatdığınız üçün çox sağ olun. Çox doğma hisslər yaşadım".

Videonu izləmək üçün şəklə klikləyin:

Dilarə Əliyeva efirdə ağladı:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.