Şou-biznes

Tünzalə Ağayeva efirdə hönkürüb ağladı: "Yanında ola bilmədim" - VİDEO - FOTO

15 Fevral 2017 17:06
13 Şərh     Baxış: 12 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Ağayeva olub.

Milli.Az xəbər verir ki, səmimi və maraqlı açıqlamalar verən əməkdar artist, özünün kəşf etdiyi və 3 il öncə vəfat edən Sura Əsgərli ilə birlikdə duetinə çəkilən klip görüntülərini izləyərkən göz yaşlarını saxlaya bilməyib:

"Allah yerini cənnət eləsin. Heç nə deyə bilmərəm. Nur içində yatsın. Çox istedadlı bala idi. Onu zorla aparıb klipi çəkdik. Hər bir anı mənim üçün əzizdir. Çox qınayıram özümü, onu hər dəfə elə görəndə. Mən onun yanında daha çox ola bilərdim, amma ola bilmədim. İçimdən çox "kaş ki"lər keçir".

Qeyd edək ki, "Gəlin danışaq" proqramı həftə içi 5 gün saat 11:00-da ARB TV-də yayımlanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tünzalə Ağayeva efirdə hönkürüb ağladı:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.