Şou-biznes

Namiqin belaruslu xanımla istirahəti, ulayan sənətçi, Ankaranın qarın qutabı, Elzanı gözdən salmaq - HƏFTƏBECƏR

30 Yanvar 2017 09:15
30 Şərh     Baxış: 5 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (110-cu say) təqdim edir.

Sayənizdə "Həftəbecər" son aylardakı oxunma rekordunu yenilədi - 30 min. Təbii ki, qeyd etdiyim kimi bu, oxucularımızın sayəsindədir.

Müğənni İlqar Sail Moskvada gecə klublarının birində qadınlarla açıq-saçıq foto çəkdirib, sonra da açıqlama verib ki, "prikol" üçün etmişəm. Deyirəm, gör indi Nəsibə Zeynalova demişkən, yalanpışdan çəkdirməsəydilər, necə foto olardı?

Namiq Qaraçuxurlu belarus müğənnisi Taşa Turovanı götürüb aparıb istirahət mərkəzinə. Deyilənə görə, Namiqin "Soyuqdur" adlı mahnısının klipində iştirak edəcək. İndi gözləyək görək istirahət mərkəzindən qayıdandan sonra mahnının adını dəyişib "İstidir" qoymasalar, deməli, çəkilişlər uğurlu keçib.

Oqtay Əliyev deyib ki, Azərbaycanda bir sənətçi var, ulayır, amma 4-5 milyon da dinləyicisi var. Mən söhbətin kimdən getdiyini bilirəm, saytlar da bu barədə yazıb. İş burasındadır ki, bu saat 4-5 milyon dinləyicisi olanların 90 faizi elə ulayanlardı. Ümumiyyətlə, görünən budur ki, hazırda tamaşaçıya əsl sənət lazım deyil. Yaxud da tamaşaçı əsl sənəti unudub. Məsələn, bir-iki il əvvəl Akif İslamzadədən müsahibə almışdım, cəmi 500 nəfər oxudu. Amma həmin ərəfədə sənətçilərin ailə qalmaqalı barədə yazdığım yazını on minə yaxın insan oxumuşdu. Fakt!

"O səs Türkiyə" yarışmasında musiqimizə qarşı daha bir hörmətsizlik edilib. "Qubanın ağ alması" mahnısını "İğdırın ağ alması" kimi oxuyublar və anonim adıyla təqdim ediblər. Bu da qardaşımız. Qardaş belə eləyəndən sonra bədxahlardan nə gözləyək? Əli Mirəliyev demişkən, İğdırda ağ alma nə gəzir? Dostumuz Kamal Yaşar demişkən, yox bir Ankaranın qarın qutabı.

Rəhim Rəhimli Aygün Kazımovanın ad gününə xalatda gəlib. Adamda sürətli şəkildə Samiraldolaşma gedir.

Bu arada diqqətimi başqa bir məqam çəkir. Bəlkə siz bilərsiniz, niyə bu camaat filmlərin qala gecələrinə yarıçılpaq gedirlər? Olmaya adamları geyim-keçimli halda ora buraxmırlar? Səbəbini bilən varsa, yazsın.

Müğənni Xatirə İslam mərhum əməkdar artist Xanım Qafarovanın qızına baş çəkib, hədiyyələr alıb. Doğrusu, kimlərsə bunu reklam kimi qəbul etsə də, mənə çox xoş gəldi. Hər nə fikirlə edibsə, təqdir olunasıdır.

Sonda Elza Seyidcahanın bir açıqlamasını paylaşım, bu da olsun "Həftəbecər"in deserti: "Məni gözdən salmağa çalışırlar".

Qısaca şərh edim. Elzanın bu mənada heç kimə ehtiyacı yoxdur. Elə "Kim kimə verdi" şeirini ikicə dəfə oxumaq bəs edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.