Şou-biznes

Xalq artisti: "Oğluma dedim ki, o müğənnilər atanı məhv edəcəklər" - VİDEO - FOTO

24 Yanvar 2017 11:04
6 Şərh     Baxış: 3 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məni məşhur edən Əli Mirəliyev oldu"

"ARB Ulduz"da yayımlanan "Şou-məkan" proqramının növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, belə görünür ki, artıq sənət meydanını birdəfəlik gənc müğənnilərə təhvil verib:

"Hər şey artıq 30 ildir ki, nəzarət altındadır. Ayrı cür ola da bilməz. Sadəcə toylar azalıb. Bunu tək mən demirəm, hamı şikayət edir".

Səməd Səmədov buradakı toy məclislərində əvvəlki kimi iştirak edə bilməsə də, Rusiyada onu yenə də məclislərin kralı olaraq təmtəraqlı toylarda görmək istəyənlər az deyil:

"Mən getdim oğlumun yanına. Nəvələri yığdım başıma. Moskvada idim. Hamı bildi ki, mən Moskvadayam. Doğum günü, kiçik toylara dəvət edirdilər".

Yeni mahnılar üzərində işlərini davam etdirən sənətçi ötən illərdə işıq üzü görən mahnılarından bərk-bərk yapışıb onları öz arxivinə göndərmək istəmir.

"2015-2016-cı illərdə çıxan "Mənə belə gözəlsən", "Öz sevdiyimlə evlənirəm mən" mahnıları hələ də dəbdədir, gündəmdədir. Məni məclislərə yarım saatlıq dəvət edirlər. Şou-proqramlara da gedirəm. Bu mahnıları oxuyan kimi millət qalxır ayağa. Başa düşürəm ki, hələ də bu mahnılar gündəmdədir".

Xalq artistinin bu etirafları isə yenə də müzakirə mövzusu olacaq və uzun müddət danışılacaq:

"10 il bundan qabaq oğlumun qarşısına 4-5 disk qoydum. Elton, Elnur, Zamiq, Ayaz. Dedim, "bunlar sənin atanı da, kralı da məhv edəcəklər". Elə də oldu. Onlar gələndə özümü narahat hiss etdim. Çox güclü və istedadlı idilər".

Sənətçi yatsa, yuxusuna belə girməzdi ki, Əli Mirəliyevlə aralarında baş verən qalmaqal onu daha da məşhurlaşdıracaq:

"30 il fəaliyyət göstərmişəm, məni əgər 50 faiz adam tanıyırdısa, Əli Mirəliyevlə qalmaqaldan sonra hansı rayona gedirəm, maşından düşürəm, hansı dükana girirəm, hamı başıma yığılır. Əli Mirəliyev məni bütün Azərbaycanda populyar etdi".

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.