Şou-biznes

Aparıcı Lətafət: "Ərim mənə xəyanət etdi, boşandım" - VİDEO - FOTO

23 Yanvar 2017 16:45
40 Şərh     Baxış: 9 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayrılandan sonra peşman oldum"

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan teleaparıcı Lətafət Ələkbərova maraqlı açıqlamalar verib. 

Sevilən aparıcı həyat yoldaşından ayrılmasının səbəbini açıqlayıb:

"Bir az gec ailə qurdum. Uğursuz ailə həyatı oldu. Qızımın artıq bir yaşı olanda ayrıldıq. 2 il ərzində get-gəllər çox oldu. İstəmirdim, ailəm dağılsın. Gördüm ki, olmur. Olmayanda olmur. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Özüm seçdim, özüm ayrıldım. Ərim mənə xəyanət etdi. Məsuliyyətsiz idi. Övladı ilə özü görüşmək istəmir. Uşaq özü də istəmir. Hər iki tərəf bir-birinə dayaq olmalıdır. Çox fədakarlıq etmişəm. Bu mənim ən mənfi cəhətimdir. Bu ayrılıq sevgiyə inamsızlıq yaratdı. Sevgi əmək istəyir. Sevgi qurban istəyir. Qadın xəyanəti bağışlamır. Uşaqların xətrinə, yaşananların xətrinə dözürsən, amma xəyanətə dözmək olmur. Qohumlarım, ailəm ayrılmağımızı istəmirdilər. Ayrılandan sonra peşman oldum. Kaş uşağım üçün hər şey yaxşı olardı, atası ilə böyüyərdi". 

Tanınmış aparıcı yenidən ailə qura biləcəyini söyləyib:

"Bəzi ağzıgöyçəklər deyirlər ki, bunu heç kim almır. Mən öz övladımı düşündüyüm üçün ərə getmədim. Qızımı övladı kimi sevən, ona güvənə biləcəyim insan olsa, o zaman razı olaram. Qızıma qarşı həssas və qısqancam".

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.