Şou-biznes

Xəyyam Nisanovun evi - FOTO

18 Yanvar 2017 14:43
34 Şərh     Baxış: 8 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xəyyam Nisanov dünyasını dəyişən atasını xatırlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "ATV maqazin onlarla" verilişinə açıqlamasında onun avtomobil qəzasında dünyasını dəyişməsindən danışıb:

"11 yaşımda artıq uşaqlıq həyatımla vidalaşdım. Atam qəzaya uğramışdı, mən daha məsuliyyətli həyata başlamalı idim. Atam yaxın dostu ilə bir yerdə Qubaya, yas mərasiminə gedirdi. Qar yağmışdı, yollar sürüşkən idi. Qəzaya uğrayıb, ikisi də rəhmətə gedib. Onun üçün darıxıram, atamı çox sevirdim. Ən kiçik övlad olduğum üçün məni digərlərindən çox istəyirdilər".

X.Nisanov bildirib ki, atasının şəklinin yer aldığı boyunbağını hər zaman boynunda gəzdirir.

İlk dəfə evini göstərən ifaçı kibrit və pul kolleksiyasını nümayiş etdirib.

"Kibrit kolleksiyası yığmaqda məqsədim "Ginnesin rekordlar kitabı"na düşməkdir. Əgər 5 min kibrit olsa, müraciət edə bilərsən", - deyə müğənni bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.