Şou-biznes

Qalmaqalları məhkəməyə qədər gedib çıxan yerli məşhurlar - SİYAHI

18 Yanvar 2017 13:49
1 Şərh     Baxış: 3 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış simalar arasında qalmaqal tez-tez yaşanır. Bu davaların bəzisi barışıqla nəticələnsə də, bir çoxu məhkəməylə bitir.

Axşam.az yolu məhkəmədən keçən, həmkarını polisə şikayət edən tanınmışların siyahısını təqdim edir:

Mərhum xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı da məhkəməyə vermişdi. İ.Quliyeva qarşı tərəfə qalib gəlmiş və 25 min manat təzminat almışdı.

İ.Quliyeva əməkdar artist Elza Seyidcahanın ünvanına "Mənim "Şərəf" və "Şöhrət" ordenlərimi şərəfsiz adlandırır. Dünya sülh səfiriyəm, məni təhqir edir" sözlərini deyərək, onu məhkəməyə vermişdi. Özü də İ.Quliyeva qarşı tərəfdən yarım milyon təzminat tələb edirdi. 

Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi də yolu məhkəmədən keçən məşhurlardandır. A.Kazımova N.Həbibinin ünvanına təhqirlər səsləndirmiş, nəticədə qarşı tərəf onu məhkəməyə vermişdi. N.Həbibi məhkəmədə qalib gəldi. Hazırda müğənnilər barışıblar. 

Əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovu məhkəməyə vermişdi. Buna səbəb Kərimin aktrisanın açıq-saçıq fotosunu İnstaqramda paylaşaraq, onu təhqir etməsi olmuşdu. M.Xanlarova məhkəmədə qalib gəlib, min manat təzminat almışdı. 

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasında qalmaqal yaşanıb. S.Piriyev qarşı tərəfin ondan yüz min dollar aldığını və geri qaytarmadığını deyərək, onu məhkəməyə verib. Hazırda tanınmışlar arasındakı məhkəmə işi davam edir.

Müğənni Nazəninlə Təranə Qumral arasındakı qalmaqal da məhkəmə ilə nəticələndi. Nazənin T.Qumralı onun ərinə mesajlar yazmaqda ittiham etmişdi. T.Qumral isə onun ərinin şəklini paylaşaraq təhqirlər yazmışdı. Nazəninin əri Məhəbbət Həsənov Təranəni məhkəməyə verib, qalib gəlmişdi. 

Müğənni Rəqsanə İsmayılova onun "Roksi" ləqəbinə lağ edən Əli Mirəliyevi məhkəməyə verib. Ə.Mirəliyev məhkəmədə uduzub. Buna görə də Rəqsanəyə 500 manat ödəməlidir.

Müğənni Mətanət Əsədova onun və bacısının ünvanına qeyri-etik sözlər işlətdiyi üçün keçmiş "Nida"çı Elsevər Mürsəllini məhkəməyə verib və qalib gəlib. E.Mürsəlli 3 ay azadlıqdan məhrum edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.