Şou-biznes

Sabina yataqda: "Mənə yaxın gəl, məni möhkəm qucaqla ..." - VİDEO - FOTO

12 Yanvar 2017 14:30
Baxış: 4 723

"Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır. Sevgi hər şeyə qalib gəlir. Eləsə, gəlin biz də onun hökmünə tabe olaq. Yeni mahnım da elə sevgidən, eşqdəndir. Sevgililər üçündür. Sevgi ruhun gözəlliyidir, gəlin ruhumuzu təmiz saxlayaq. Sevib, sevilməkdən gözəl nə var ki?"

Milli.Az bildirir ki, bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Sabina Selcan deyib. Son zamanlar oxuduğu mahnılar ilə adından söz etdirməyi bacaran ifaçı xanım "Mənə yaxın gəl" yeni mahnısına klip çəkdirib. Mahnının ekran işi rejissor Orxan Məmmədliyə aiddir: 

""Mənə yaxın gəl" adlanan lirik mahnının söz və musiqisi İsmayıl Əsədova aiddir. Aranjmançı Samir Şirinovdur. Prodüserim Sayqa Cahidə və təşkilatçı Zamiq İbrahimova təşəkkür edirəm. Mətbuat katibim Əfruzə Ağayevaya da dərin təşəkkür düşür. Mən elə insanam ki, əziyyəti keçən hər kəsə təşəkkür etməyi özümə borc bilirəm. Yanımda olan, bütün işlərimdə mənə kömək edən insanlara çox sağ ol deyirəm. Klip barədə onu da deyim ki, Azərbaycan teleməkanında ilk dəfədir ki, belə qeyri-adi sonluqla bitən klip çəkilib. Klipdə qarşı tərəf həm var, həm yoxdur. Necə bəzi sevgililərin qadının həyatında olub və ya olmamasında fərq hiss olunmur ha, bizim klipdə də elə həssas məqamlara toxunulub. Qısacası baxanlar biləcək ki, əslində, Sabina Selcan nə deyir ...". 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sabina Selcan - Mənə Yaxın Gəl

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.