Şou-biznes

Günel dodaq-dodağa, Könülün ekrana yaxılan makiyajı, hamamdakı Rəqsanə, Nazpəridən "kitayski" təbəssüm - HƏFTƏBECƏR

3 Yanvar 2017 09:50
36 Şərh     Baxış: 8 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (107-ci say) təqdim edir.

Ötən həftə yazılan bütün şərhlər maraqlı idi. Elə məncə, il ərzində yazdıqlarınız da "Həftəbecər"dən geri qalmırdı. Bəzən Qulpqoyan dayı deyirdi ki, bir az da belə getsə, oxuculardan biri cəld tərpənib çörəyini əlindən alacaq. Yeni il zarafatını bir kənara qoyub keçək lağlağıya. Amma lağlağıdan əvvəl hər birinizi bayram münasibətilə təbrik edirəm.

Röyanın keçmiş əri Anar Cəlilov yenidən ailə qurub. Bekarçılıq imiş, düşünüb ki, nə işlə məşğul olum? Deyib, əşşi, onsuz da boşluqdur, bir dəfə də evlənim, yenilik olsun. Sonra götürüb sosial şəbəkədə üçüncü həyat yoldaşıyla olan fotosunu paylaşıb. Deməli, Anarın Röyadan əvvəlki evliliyindən bir oğlu, Röyadan da bir oğlu var. İndi görək üçüncü xanımın fərasəti nəyə çatacaq. Təzə gəlin Anarın uşaq kolleksiyasına nə töhfə verəcək, bunu zaman göstərəcək.

Bir aparıcı var idi, bəlkə, heç hər gün efirdə olduğu dönəmlərdə də tanımazdınız. Amma mən peşə fəaliyyətimlə bağlı tanımağa məcbur idim. Günel Hümbətovadan danışıram. Evliliyinin ikinci ilində həyat yoldaşıyla dodaq-dodağa fotolar paylaşıb. Fotodan görünür ki, hər iki tərəf halından məmnundur. İntəhası, mən bir şeyi anlamadım. Bu foto nəyi kimə isbatlamaq üçündür? Adətən, belə şeylər keçmiş sevgililərə ismarış xarakteri daşıyır. Yəni, elə bildin ki, sən almasan, alan olmayacaq?

O gün verilişlərin birində Könül Kərimovanın evini göstərdilər. Sağlığına qismət, malikanə kimi evi var. Sözüm onda deyil. Yəqin, eşitmiş olardınız, bir ay öncə mənzilimə oğru girib, bir neçə əşyanı və televizorumuzu oğurlamışdı. Yeri gəlmişkən, artıq onlardan biri saxlanılıb. Oğurlanan televizorumun kreditini bitirməmiş gedib birini də aldım ki, uşaq televizorsuz qalmasın. Nə isə, sözüm bunda da deyil. Həmin verilişdə Könülü 3-4 dəfə dalbadal yaxın planda göstərdilər, ara yerdə üçüncü dəfə televizor alası olacaqdım. Düz iki saat ekrandan makiyaj, gel, botoks təmizləmişəm. Yaxşı ki kanalı tez dəyişdim. 

İllərdi küsülü olan Rəhim Rəhimliylə aparıcı Yusif barışıblar. Bu saat elə sevincliyəm ki, heç evimə oğrunun girməsi, Könülün makiyajının televizoruma yaxılması, Günelin bayaqkı fotosu, Vasif Məhərrəmlinin hələ də düz oxuya bilməməsi, Aygünün jurnalistlərə etdiyi hörmətsizlik vecimə də deyil. Zarafat deyil e, iki kişi barışıb.

Nazpəri Dostəliyevaya üç ildir efir qadağası qoyulmuşdu deyə, tez-tez cavan sənətçilərin tədbirlərində görünürdü. Tez-tez təqdimat mərasimlərindən çəkilən süjetlərdə arxa planda görürdüm. Ən azı efir boşluğunu arxa planda görünməklə doldura bilirdi. Amma deyəsən, qadağa götürüləndən sonra yaxın bir ayda on illik normanı yerinə yetirəcək. O gün soyuducunu açıram, gördüm ki, Nazpəri oxuyur soyuducuda. Sonra baxıram ki, televizordan kölgəsi düşürmüş. Amma soyuducuda, hətta ütüdə də oxusa, təəccüblənməzdim. Bu aralar hansı kanalı açırsan, Nazpəridir. O gün də bir verilişdə aparıcının "bir ağız canlı oxuyun" xahişindən sonra "kitayski" təbəssüm eləyib, aradan çıxdı.

Rəqsanənin hamamda videosu yayılıb. Ağlınıza başqa şey gəlməsin, oxuyurdu. Deyilənə görə, hamam axırda dilə gəlib ki, sən Allah, oxuma, kirimiş dur. Amma videonun o yerini kəsiblər. Düz eləmir axı. Qızından nəyin əksikdir sənin? Çıx, qarda göbəyini aç, gül kimi oxu da. Cəsarətin var? Var. Səsin var? Yox, o yoxdur. Göbəyin ki var. Çıx, qızın kimi göbəyini oynat da. Düz demirəm, mən ölüm?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.