Şou-biznes

Zaur müğənnilərin geyimini ələ saldı: "Meyit ağlayanlara oxşayırsınız"

7 Dekabr 2016 16:02
16 Şərh     Baxış: 13 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənnilər Sevda Yahyayeva Samira Allahverdi "5/5" verilişinə qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçıların geyimini ələ salıb. 

O, sənətçilərin qara libasını bəyənmədiyini deyib:

"Qara günə qalmısınız qara geyinirsiniz? Gürcülər qaranı sevir. İkisi də meyit ağlayanlara oxşayır. Qırmızı, sarı rəng geyinin günümüz ağarsın. İstəməzdim belə geyinəsiniz. Qara geyim qara gün gətirir".

Z.Kamal eyni zamanda verilişinə gələn bəzi müğənnilərin libas seçiminə qarışdığını söyləyib. "Bəzi müğənnilərin paltarına qarışıram, çünki qısa geyinirlər", - aparıcı əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.