Şou-biznes

Xatun Fatimədən 300 manata görə küsübmüş

1 Dekabr 2016 18:40
5 Şərh     Baxış: 2 564

Rəqqasə Fatimə Fətəliyevanın iki il əvvəl çəkdirdiyi "Om Shanti Om" klipi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Zarafat-zarafat" verilişinə qonaq olan yumor ustası Fərda Xudaverdiyev rəqqasədən şikayətlənib:

"Fatiməni hər görəndə ağlayıram. Guya məni klipində Şahruk Xan edəcəkdi. Sonra baxdım ki, mənim əvəzimə Ramal İsrafilovu çəkib".

Proqramın aparıcısı, müğənni Xatun Əliyeva da rəqqasə ilə aralarında həmin ekran işinə görə inciklik yaşandığını söyləyib:

"Əvvəl mənə də demişdi ki, səni klipə çəkəcəm. Onun üstündə aramızda dava-dalaş oldu. Məndən pul istədi. Dedim, mən pul verənəm?"

F.Fətəliyeva isə klip üçün ifaçılardan 300 manat istədiyini etiraf edib:

"Rejissor türk idi, əvvəl dedi pulsuz çəkirəm. Sonsa qonorar istədi, özü də yüksək məbləğ. Mən də endirim etdirdim, amma yenə də gücüm çatmadı. Klipdə çəkiləcək tanınmış dostlarıma dedim ki, mənə kömək edin. Hərəsindən 300 manat istədim, verən oldu".

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    . · 1 Dekabr 18:4511

    Hmm

    Cavab yaz
  • Anonim
    Adi insan · 1 Dekabr 18:58100

    ALLAHIM gor efirlerde ne sohbetler gedir.ne deyim VALLAH.

    Cavab yaz
  • Anonim
    f · 1 Dekabr 19:2533

    onagore deyıbler azerıler paranı sever

    Cavab yaz
  • Anonim
    Zeynoş · 1 Dekabr 23:4610

    Bu şou biznesin na dostlugu bilinir na düşmanciliyi

    Cavab yaz
  • Anonim
    ASU · 2 Dekabr 09:4100

    Yazgin imkani olmuyubda neynesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.