Şou-biznes

"O şəklimi görsə, nəslimi qapının ağzına düzüb öldürər məni" - VİDEO - FOTO

1 Dekabr 2016 11:28
5 Şərh     Baxış: 15 832

"Ailəm açıq-saçıq səhnələrə pis baxmır"

"ARB Ulduz"da yayımlanan "Şou məkan" proqramının növbəti qonağı daha çox seriallardan tanıdığımız aktrisa Cəmilə Tağızadə olub.

Bir sıra Azərbaycan filmlərində, o cümlədən "Odlar Yurdu" adlı İran filmində də rol alan aktrisa maraqlı söhbətlə yanaşı, açıq-saçıq səhnələrə çəkilib-çəkilməyəcəyi ilə bağlı söz-söhbətlərə də aydınlıq gətirib.

Rol aldığı seriallarda nədənsə qismətinə mənfi obrazlar düşən aktrisa şəhərdə-küçədə insanların az qınağına tuş gəlməyib.

"Sual verirlər ki, siz həyatda da beləsiz? Deyirəm ki, sizcə, mən elə bir insana oxşayıram? Deyirlər, yox, çox gülərüz, sakit, səmimi qızsınız. Elələri var ki, sosial şəbəkələrdə yazır ki, zəhləm gedir bu qızdan. Onu öldürərəm, onu boğaram".

Cəmilə onu da bildirib ki, çoxlarına uzaqdan baxanda döyüş asan gəlsə də, aktrisa və ya aktyor olmağın da çətin şərtləri, baş gicəlləndirən tələbləri var.

"Kənardan asan görünür, insanlar deyirlər ki, əşi, nə vecinə, bəxtəvər adamlardır. Çıxırlar, deyirlər, gülürlər. Vəssalam, bununla da bunların işi bitdi.

Elə bir obraz oynamışam ki... Belə bir süjet xətti var ki, atamız bizi evdən qovur, anamızı döyür, ayaqyalın küçələrə düşmüşük. Təsəvvür edin, nələr çəkmişik".

Aktrisa serial və ya filmlərdə açıq-saçıq hansısa səhnələrdə qətiyyən çəkilməyəcəyini söyləyir.

"Bu yaxınlarda məni bir filmə dəvət etmişdilər. Orada öpüş səhnəsi vardı. Mən dedim ki, çəkilmirəm, çəkilmək də istəmirəm".

Aktrisa ona göz verib, işıq verilməyəcəyini açıq etiraf edir. Cəmilə ancaq o şəraitdə çəkilə bilər ki...

"Mən onu nəzərdə tutmuşam ki, xaricdə yaşasaydım, hansi ki, bu qəbul olunur, mən orada təklif olunan qonorarla çəkilərdim. Ancaq Azərbaycanda o qonorara belə çəkilməzdim.

Mən fotosessiyalarımda belə açıq-saçıqlığa yol vermirəm. Mənə təklif gəlmişdi ki, hansısa bir alt geyiminin reklamında çəkilim. Dedim, belə reklamlara çəkilmirəm.

Fotosessiyalara gedirəm, ancaq normal geyimlərdə. Ola bilər, bu, bütün dünyada normaldır, ancaq bizdə qəbul olunmayıb.

Mənim dayım görsə o şəkli, nə edər mənə? Məni öldürərlər. Mənim nəslim qapının ağzında düzülər".

Belə çıxır ki, aktrisa sadəcə olaraq yaxın ətrafının onu qınaq atəşinə tutub asıb-kəsəcəyi üçün belə təkliflərlə razılaşmır...

"O qonorar 50 min yox, 100 min dollar olsa da, Azərbaycanda razılaşmazdım. Xaricdə yaşasaydım, razılaşardım. Mənim ailəm də bunu qəbul edərdi. Çünki orada psixologiya başqadır. Seriallarda, filmlərdə, kliplərdə özünüz bunu görürsüz ki, necə açıq-saçıqlıq var. Ancaq normal qarşılanır".

Cəmilə Tağızadəyə açıq-saçıq səhnələri canlandırması üçün bir neçə filmdən təklif gəlsə də, o, rədd cavabı verib.

"İki-üç film olub ki, məni dəvət ediblər. Hətta geyimdə belə açıq-saçıqlıq olduğu üçün mən rədd cavabı vermişəm. Erotik səhnələr belə yox idi, sadəcə geyimlər açıq-saçıq olduğu üçün qəbul etmədim".

"Cəmilə, nə vaxtsa ailən, həyat yoldaşın üçün sənətindən imtina edib hər şeylə birdəfəlik sağollaşarsanmı?"

"Bu qədər əziyyətə dözmüşəm. Əgər mənim həyat yoldaşım ürəyimcə bir insan olsa, razılaşaram. Mən onu çox sevsəm, sənətimi ailəmə qurban verərəm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Guller xanım · 1 Dekabr 11:3210

    Bu kımdı yene?

    Cavab yaz
  • Anonim
    inad · 1 Dekabr 12:0531

    Jurnalist elə zorla soyunmaq sualını verir. Ay cavan oğlanlar bəsdi du aktrisalara du zay sualları verdiniz

    Cavab yaz
  • Anonim
    Tofiq · 1 Dekabr 12:1400

    Bu ada birinci dəfə rast gəlirəm. əgər doğrudanda belədirsə, qeyrətinə qurban olsun bunun əksini dəyib və rəallaşdıranlar.

    Cavab yaz
  • Anonim
    qarabaqli · 1 Dekabr 18:0700

    bunu ilk dafadi goruram ama cox xosum galdi sirin xanimdi 1 sozunan vuruldum buna

    Cavab yaz
  • Anonim
    Kama · 2 Dekabr 01:4000

    Defne agac serialda cekilib bu qiz ad da defnedi cox agli quz aktrisad

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.