Şou-biznes

Bu qız azərbaycanlı mafiya lideri olacaq - FOTO

30 Noyabr 2016 11:47
6 Şərh     Baxış: 5 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa-model Esra Sönmezer "Oldumu şimdi" filmində canlandırdığı obrazla gündəmə gəlib.

"Qafqazinfo" xəbər verir ki, efirlərdə sevimli və gülərüz rolları ilə tamaşaçı qarşısına çıxan aktrisa bu dəfə fərqli bir addım atıb.

O, Kenan Öztürkün rejissorluq etdiyi "Oldumu şimdi?" adlı ekran işində azərbaycanlı mafiya lideri rolunu oynayıb.

Esra layihədə təbii oynamaq üçün bir neçə saat ac qaldığını söyləyib:

"Çəkilişlərə acqarına getmişəm, filmdə rol almamışam, təbii olaraq obrazımı canlandırmışam. Ac olanda insan əsəbi və aqressiv olur".

Xatırladaq ki, 16 dekabr tarixində təqdim olunacaq filmdə Yavuz Seçkin, Serkan Şengül və başqa aktyorlar yer alıblar. Azərbaycanlı rejissor Kənan M.M. də kamera qarşısına keçib.

Qeyd edək ki, Esra Sönmezer "Miss Turkey-2002"nin qalibidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.