Şou-biznes

Xoşqədəm Hidayətqızı 5 qardaşı tapdı

27 Yanvar 2015 23:34
5 Şərh     Baxış: 11 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
1920-ci ildə erməni və rus vandallarının əlindən qaçan azərbaycanlı qardaşlarla bağlı ilginc xəbər var.

Belə ki, uzun axtarışdan sonra "Səni axtarıram" televerilişinin aparıcısı Xoşqədəm Hidayətqızı 5 qardaşın maraqlı həyat heykayəsini araşdırıb və tapıb.

"Bu yaxınlarda "Səni axtarıram" verilişi acı həyat hekayəsini ortaya çıxartdı. 1920-ci ildə bir ailənin 5 qardaşı qaçıb erməni və rus canilərindən canlarını qurtarır. Onların ikisi Cənubi Azərbaycana, 3-ü Türkiyəyə gedir. 1920-ci ildən bu günə qədər onlar biir-birlərindən xəbərsiz axtarışa çıxırlar. Hətta İran şahına belə, Türkiyədə yaşayan qardaşlardan məktub yazan olubmuş ki, qardaşlarını tapmaqda onlara kömək etsin".

Milli.Az modern.az-a istinadən bildirir ki, bunu ATV-nin "Səni axtarıram" verilişinin müəllif və aparıcısı Xoşqədəm Hidayətqızı deyib.

Aparıcı 3 il bundan əvvəl axtarışla bağlı verilişə edilən müraciətin acı həyat hekayəsi olduğunu deyib.

"Təsəvvür edin, illər sonra "Səni axtarıram" verilişinə müraciət etmişdilər. 1920-ci ildə darmadağın olan bir ailəni "Səni axtarıram" verilişi axtardı və axtarışı yekunlaşdırdı. Hazırda Türkiyədə çəkilişlərdəyəm. İnanılmaz həyat hekayəsidir. 1920-ci ildən bəri qardaşların axtarışı ilə bağlı müraciət edilməyən elə bir qapı, elə bir ünvan qalmayıb. Amma tapılmırdı. Sonda "Səni axtarıram" növbəti uğurlu axtarışına imza atdı. Doğrudan da, acı həyat hekayəsidir. Azərbaycan və Türkiyə uğrunda böyük mücadilələr vermiş, acı həyat yaşamış 5 qardaşın həyat hekayəsidir. Axtarışı yekunlaşdırmışıq və tamaşaçılata təqdim edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.