Şou-biznes

"Bahalı müğənni olsam da..." - əməkdar artist - FOTO

26 Noyabr 2016 23:54
18 Şərh     Baxış: 5 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bahalı müğənni olsam da, el məclislərinə ucuz qiymətə gedirəm. Atamı itirəndə 13 yaşım var idi, çətin günlər yaşamışam. Əlimi çörəyə bibim çatdırıb. Səhər durub "sabahın xeyir" deyirsənsə, canın sağdırsa, bu, ən böyük var-dövlətdir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov "5/5" verilişində deyib.

Avtomobil kolleksiyası yığan müğənni aparıcı Zaur Kamalın "Beş-altı maşının varıydı, durur?" sualına belə cavab verib:

"Durur. Yaxşı şeyin həvəskarıyam. Səsi olan müğənnini dinləməyi sevirəm. Həyatda iki böyük qüvvə var: biri sevgi, digəri musiqidir.

20 il qarmon ifa etmişəm. 22 ildir çalmıram. Səsim batsa, qarmon ifa edərəm. Avtandil İsrafilovun iki tələbəsi olub: biri mən, digəri qardaşı".

C.Məmmədov geyimlərindən və bahalı aksessuarlarından söz açıb:

"İnsan var özünə diqqət verir. Bəziləri isə qazancını biznesə qoyur. Mənim heç bir biznesim yoxdur, tək işim səsimdir. Bir də gərək səliqəli görünəsən. Mənim taxdığım qolbağı kişilər üçündür. Bəziləri qadın qolbağısı taxır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.