Şou-biznes

Özcan Dəniz və Nurgül Yeşilçay Bakıya gəldilər - YENILƏNIB - FOTO

26 Noyabr 2016 21:44
27 Şərh     Baxış: 7 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:44

"Bakını, Azərbaycanı, azərbaycanlıları çox sevirik".

Milli.Az bildirir ki, Özcan Dəniz və Nurgül Yeşilçay bu gün Nizami Kino Mərkəzində belə deyiblər.

Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli məkanı olan Nizami Kino Mərkəzi "Af Media" şirkəti ilə birgə növbəti filmin təqdimatını keçirib.

Türkiyənin məşhur sənətçisi Özcan Deniz çəkdiyi "İkinci şans" filminin baş qəhrəmanları Nurgül Yeşilçay və Mesut Can Tomay ilə birgə Nizami Kino Mərkəzində baş tutan qala-gecəsində iştirak edib.

Pərəstişkarların coşqulu alqışları ilə qarşılanan artistlər tamaşaçılarla birlikdə filmi izləyiblər.

Romantik dram janrında çəkilən film iki zidd xarakterli insanlar - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir.

"Avşar film" və "DNZfilm"in istehsalı olan ekran əsərində Özcan Deniz, Nurgül Yeşilçay, Mesut Can Tomay, Afra Saraçoğlu, Berrin Sarısay Ağhasanoğlu, Fulya Şirin, Anıl Altıngöz, Aybikə Turan və başqaları rol alıb.

Filmin nümayişindən sonra qonaqlar media üçün mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.

20:29

Nizami Kino Mərkəzində "İkinci şans" adlı türk filminin qala gecəsi keçirilib.

Milli.Az bildirir ki, lentdə baş rollarda oynamış aktyorlardan biri, habelə filmin rejissoru Özcan Dəniz və aktrisa Nurgül Yeşilçayla bahəm, gecəyə türk aktyor Məsut Can Tomay da qatılıb.

"Avşar Film" və "DNZ film"in istehsalı olan filmə baxışdan sonra mətbuat konfrası keçirilib.

19:48

Türkiyənin məşhur aktyorları Özcan Dəniz və aktrisası Nurgül Yeşilçay artıq Nizami Kino Mərkəzindədirlər

10:27

Bu gün Türkiyənin məşhur aktyoru Özcan Dəniz və aktrisası Nurgül Yeşilçay Bakıya gəlirlər.

Milli.Az xəbər verir ki, onlar axşam saat 7-də baş roluna çəkildikləri "İkinci şans" filminin qala-gecəsi üçün Nizami Kino Mərkəzində olacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.